Rəbbimizi tanıyıb bilmək, Ona yaxınlaşmaq, Onu sevmək və Onun tərəfindən sevilmək, bir sözlə, Allahın razılığını qazanmaq bizim yaradılış qayəmizdir.
Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!
Allah insana özünəməxsus qabiliyyətlər və sonsuzluq arzusu vermişdir. Bu özünəməxsus qabiliyyət və yaradılış ənginliyinin ehtiyac və arzuları da sonsuzdur. Məsələn: insan anasını, atasını, dostlarını, qohumlarını sevdiyi və onlarla həmişə birlikdə olmağı arzu etdiyi kimi, Allahı da sevir