Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

7. 753 dəfə oxunub 0 şərh yazılıb
İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

10. 526 dəfə oxunub 3 şərh yazılıb
tesvir
İkili standart və sən-mən

Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin ucunu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kələfin ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar. Ancaq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Muhammədin (s.ə.s) zəkası, Hz. İsanın (ə.s) dözümü, Hz. Musanın (ə.s) iradəsi, Hz. Nuhun (ə.s) uzaqgörənliyi, Hz. Əyyubun (ə.s) səbri, Hz. Lutun (ə.s) mətanəti gərək.

2. 022 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Həyat yoldaşımın cənazəsini yuya bilərəmmi?

Vəfat edən şəxs kişidirsə onun meyidini kişi, qadındırsa qadın yumalıdır. Həmçinin qadın vəfat edən ərinin cəsədini yuya bilər. Necə ki, həzrət Əbu Bəkri (r.a) vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Əsma binti Ümeys (r.anha) yumuşdur.

1. 954 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ailədaxili qısqanclıq

Həzrət Əlinin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Yol verilən həddə ərini qısqanan qadın Allah yolunda cihad etmiş kimidir. Ona bir şəhid mükafatı vardır”,– buyurmuşdu.

13. 495 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ailədə qeybət

Ərlə arvadın bir-birinin qeybətini etməsi caizdmi? Ailədə ərlə arvad arasında vaxtaşırı müəyyən problemlər olur. Bu problemlərini, necə dəyərlər, üz-üzə oturub həll etmək yerinə, orda-burda üçüncü şəxslərə (hətta valideynlərinə belə) danışmaları və bu zaman bir-birini tənqid etmələri, xəta və qüsurlarını açıb-ağartmaları qeybətdir, dolayısilə də, caiz deyil.

3. 576 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ərin arvad üstündə haqları

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların himayədarıdırlar). Bu, Allahın bəzi insanlara digərlərindən daha çox nemət verməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.

2. 949 dəfə oxunub 0 şərh yazılıb
Ər-arvad arasında ünsiyyətin forması

Ünsiyyətin ən önəmli cəhəti tərəflərin bir-birinə çatdırdığı və çatdırmaq istədiyi fikirdir. Fikir isə bir düşüncənin, inancın və ya qənaətin həmsöhbətə sözlərlə ötürülməsidir. Fikrin çatdırılmasında düşüncənin məqbul bir metodla ifadə edilməsi, şəxsi xarakter, danışıq tərzi, mühit, əhvali-ruhiyyə və s. əsas təsiredici faktorlardır.

8. 052 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin