Allah üçün namaza, Peyğəmbər üçün salavata və hazır olan cənazə üçün duaya. İmam isə “camaata imam olaraq” deyər. Camaat isə “uydum hazır olan imama” deyər.
Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.
Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır.