Hudeybiyyə müqaviləsinin bağlanmasından iyirmi iki ay keçmiş və bu müddətdə Məkkə tərəfdən hər hansı problemlə qarşılaşmamışdılar. Səkkizinci ilin şaban ayı idi. Sübh çağı Allah Rəsulu Hz.Aişə validəmizə: – Ey Aişə, – deyə səslənir, – Huza tərəfdə mühüm bir hadisə baş verdi. Dayandığı yerdə belə bir xəbər eşidən Aişə validəmiz də narahat olur: – Ya Rəsulullah! […]