tesvir
Haramla məkruh arasındakı fərq

Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.

13. 127 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

16. 394 dəfə oxunub 0 şərh yazılıb
Nərd oynamaq günahdır?

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir” buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.

29. 592 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qızıl, gümüş və ipəyin hökmü nədir?

Sual: Qızıl, gümüş əşyalar və ipək paltarın istifadəsində hər hansı məhdudiyyət varmı?   İnsanın tarix boyunca qızıl, gümüş, ipək, almaz kimi qiymətli əşyalara heyranlığı bilindiyi üçün Quranda cənnət həyatının təsvirində bu kimi əşyalara əhəmiyyət verilmişdir.[1] Hz. Peyğəmbərin hədislərində hər dövrdə bəzək əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayan qızıl, gümüş və ipək paltardan istifadə etmə ilə əlaqədar […]

8. 636 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Nə yeyirik, haradan yeyirik?

Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ birbaşa olmasa da, dolaylı yolla haram sayılır.

3. 208 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Şükür edən zənginin və halal qazanıb lazımi yerlərə sərf edənlərin fəziləti

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə “fəzilət” məqamına çata bilməzsiniz.

2. 313 dəfə oxunub 0 şərh yazılıb
Müsəlmana kafir demək haramdır

   عَنِ ابْنِ عُمَرَ   قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «إِذَا قَالَ الرَّجُلُ لِأَخِيهِ: يَا كَافِرُ فَقَدْ بَاءَ بِهَا أَحَدُهُمَا فَإِنْ كَانَ كَمَا قَالَ وَإِلَّا رَجَعَتْ عَلَيْهِ» İbn Ömər (r.anhumə)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir: “Bir nəfər din qardaşını “kafir” deyə ittiham edərsə, bu iddia ya söz deyilən, ya da sözü deyən şəxsə aid olur. […]

2. 198 dəfə oxunub 3 şərh yazılıb
Yaddaşı necə gücləndirmək olar

Yaddaşı necə gücləndirmək olar? Yadda saxlamaq və ya unutmaq beynin funksiyaları ilə əla­qədardır. Hafizə dərk edilən, qəbul edilən, öyrənilən şeyləri ağılda saxlama və xatırlama xüsusiyyətidir. Hafizə yerinə yaddaş sözü də işlədilir. Hafizə böyük bir nemətdir. İnsan keçmişini hafizəsi ilə yadda saxlayır, gələcəyini də bu hafizə ilə qurur. Unutqanlıq da öz-özlüyündə bir nemətdir. İnsan əziyyət çəkir, […]

60. 419 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ov etmək halaldır

Ov etmək halaldır? İslama görə ov necə edilməlidir? Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur. […]

11. 488 dəfə oxunub 0 şərh yazılıb
Donuz əti nə üçün haramdır?

“O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram etmişdir.

19. 011 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin