“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur. Bismilləhirrahmənirrahim Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram. […]
Bu gün belə bir yanlış düşüncəyə malik insanlar, ola bilsin, İslam dünyasının ümumi vəziyyəti, ölkələrarası əlaqələr və mövcud şəraitə görə hər kəsin gördüyü və bildiyi yerlərdə bu çirkin fikirləri dilə gətirmirlər. Lakin müxtəlif hadisələrlə əlaqədar özlərini saxlaya bilməyib dilə gətirdikləri kin və nifrət dolu ifadələrə nəzər salanda onların bu çirkabdan təmizlənə bilmədiklərini və nəşət etdikləri […]
Dolayısilə onların hər birinin özünəxas üstün cəhərləri vardı. Bildiyiniz kimi, xüsusi fəzilətdə raceh (başqalarından üstün tutulan) mərcuha (başqaları ondan üstün tutulan) tərəccüh (üstün tutulur) edilə bilər. Bu baxımdan onların özünəxas xarakteri, mövqeyi, dəyəri və Allah qatındakı mahiyyətini diqqətə alaraq hər birinin Peyğəmbərimizin bir xüsusiyyətini yaşatdığına inanmaq daha məqsədəuyğun yanaşmadır. Məhz bu səbəbdən Həzrəti Əbu Bəkirə […]
Sual: Həzrəti Əlinin (radiyallahu anh) digər üç xəlifəyə qarşı münasibəti necə idi? Bəzi kəsimlər Həzrəti Əlinin (radiyallahu anh) əvvəlki üç xəlifə ilə aralarında ciddi ixtilaflar olduğunu iddia edirlər. Bəs, həqiqət nədir, izah edə bilərsinizmi? Cavab: Sözügedən mövzu haqda düzgün fikir yürütmək üçün ilk növbədə Həzrəti Əlini (radiyallahu anh) və digər üç böyük xəlifəni yaxşı tanımaq lazımdır. […]