İnsan yer üzünə gəldiyi andan həyatına istiqamət verən, onu nizama salan, toplumu idarə edən müqəddəs kitabla, onu xeyrə, gözəlliyə, yaxşı və doğruya yönəldən ilahi bəyanla qarşılaşmışdır. Bu da sübut edir ki, Allah doğru yolu göstərmədikcə insan heç bir məsələni yoluna qoya bilməz. Yaradılışa və fitrətə uyğun olan da məhz budur.