Dinimiz qətiyyətlə “başqasından mənə nə”, “mənə dəyməyən min il yaşasın”, “Mən tox olum, cümlə-cahan batsa da, batsın” kimi anlayışları qəbul etmir. Bir müsəlmanın özü üçün istədiyini din qardaşı üçün də istəməsi, hətta öz ehtiyacları ola-ola din qardaşının köməyinə tələsməsi kamil mömin olmağın əsas şərtidir. “Mən özümə cavabdehəm, başqaları məni maraqlandırmır, onlardan mənə nə?!” deyə bilmərik.