Satışda marqarin yağının bir çox növü var. Bunların hamısı ilə bağlı araşdırma etmədən bir hökm vermək doğru olmaz. Ancaq Ümumdünya Səhiyyə Təşkilətının məlumatına görə marqarinlərin tərkibində doymuş yağ turşuları çoxluq təşkil edir. Bu da insan sağlamlığı üçün zərərlidir.