Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir. Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.
Sual:Ayın yarılması möcüzəsi Allah Rəsulunun zamanında baş vermişdir? Əgər baş vermişsə, niyə hər yerdə görülməmişdir? Məkkə müşrikləri Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm): “Bizə bir möcüzə göstər”, – demişdilər. O da barmağı ilə işarə etmiş, Allahın izni ilə Ay iki yerə parçalanmışdı. İki yerə ayrılan Ay bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtmışdı. Qurani-Kərimdə bu hadisə […]