İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

17. 878 dəfə oxunub 5 şərh yazılıb
Xütbə oxunarkən namaz qılmaq olar?

Hənəfi məzhəbinə görə, cümə günü imam minbərdə xütbə oxuyarkən ilk sünnət və ya məscid salamlama (təhiyyətul-məscid) namazı qılmaq olarmı?

6. 352 dəfə oxunub 0 şərh yazılıb
Təkbaşına namaz qılana tabe olmaq

Sual: Təkbaşına namaz qılan şəxsin çiyninə toxunaraq ona camaat kimi qoşulmaq olar? İmamın hansı namazı qıldığını tam olaraq bilirsiniz və bundan əminsinizsə onun çiyninə toxunaraq camaat ola bilərsiniz. İmam əvvəlcədən “mən fərzə durdum sən arxadan gəl camaat ol” dedikdə ona tabe olmaq olar. Bunun xaricində aşağıdakılara diqqət eləmək lazımdır:  İmam və ona tabe olan şəxs […]

2. 988 dəfə oxunub 0 şərh yazılıb
İma ilə namaz qılmaq

“İma”, namazda rüku və səcdə əvəzinə başla işarət etmək deməkdir. Bu şəkildə namaz qılan şəxs, rüku üçün başını bir az əyər, səcdə üçün isə rükudan bir az daha çox əyər.

3. 114 dəfə oxunub 0 şərh yazılıb
Sünnətlə fərz arasında fasilə

Sünnə namazlar fərzlərə hazırlayıcı və tamamlayıcı mahiyyətindədir. Namaz, fərzi və sünnəti ilə birlikdə bir bütünlük təşkil edər. Bu səbəblə namazların sünnətləri ile fərzi arası yemək-içmək ya da oradan-buradan lazımsız danışıqlarla açılmaması daha yaxşıdır.

7. 312 dəfə oxunub 0 şərh yazılıb
Xütbəyə qulaq asmaq

Xütbəyə qulaq asmayanın cümə namazı keçərlidir?

3. 231 dəfə oxunub 0 şərh yazılıb
Canlı yayımla Kəbə imamına tabe olmaq

Sual: Canlı televiziya və ya internet vasitəsilə Kəbə imamına tabe olaraq namaz qılmaq caizdir? Cavab: İmam ilə ona tabe olan camaat arasındakı məsafə normal uzaqlıqda olmalıdır. Əks təqdirdə imama tabe olmaq doğru deyil.

2. 953 dəfə oxunub 0 şərh yazılıb
Ayaqyalın namaz qılmaq olarmı?

Ayaqyalın namaz qılmaq olarmı? Kişilər ayaqyalın namaz qıla və imamlıq edə bilərlər. Qadınların isə ayaqyalın namaz qılması bəzi alimlərə görə məkruh sayılsa da namazları keçərlidir. Ancaq islaq və çılpaq ayaqla daxil olduqda məsciddəki xalça-palazın kirlənmə ehtimalını nəzərə alaraq corab geymək tövsiyə edilmişdir.

18. 879 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazda əlləri bağlamaq

Namaz qılarkən sağ əli sol əlin üzərinə qoymaq Rəsulullahın (s.ə.s) sünnəsidir. Hənəfi, Şafei və Hənbəli məzhəblərinə görə namazda iftitah təkbirinin ardınca əlləri bağlamaq sünnədir. Maliki məzhəbinə görə isə, namazda qiyamda ikən əlləri açıq saxlamaq sünnə sayılır. Cəfəri məzhəbinə görə də namazda əllər bağlanılmır, yanlara salınaraq namaz qılınır.

12. 878 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Namaz qılmaq kimlərə fərzdir?

Namaz qılmaq kimlərə fərzdir? Namazın fərz olması üçün müəyyən şərtlər var. Bunlar müsəlman olmaq, həddi-büluğ yaşına çatmaq və ruhi xəstə olmamaqdır. Kimlər məsul deyil?

6. 996 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Müstəhəb vaxtlar

Hər namazın öz vaxtında qılınması daha fəzilətlidir. Rəsulullah (s.ə.s) bu haqda belə buyurmuşdur: “Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır”. “Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın bağışlaması vardır.”

5. 939 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İqamənin şərtləri

Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar. Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.

7. 951 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Vitr namazı

Vitr sözü ərəb dilində “tək” mənasındadır. Rəsulullah (s.ə.s) günün ərzində qılınan son namazın vitr namazı olmasını tövsiyə etmişdir. Hz. Peyğəmbər (s.ə.s) vitr namazını gecə oyanacağından əmin olan şəxsin sübh namazından əvvəl, əmin olmayanın isə yatsı namazından sonra, yatmazdan əvvəl qıla biləcəyini bildirmişdir.

23. 138 dəfə oxunub 2 şərh yazılıb
tesvir
Təhəccüddən sonra vitr namazı qılmaq

Sual: Vitr namazını qılaraq yatan şəxs təhəccüd namazını qılandan sonra yenidən vitr qılmalıdırmı? Vitr namazını qılaraq yatan şəxsin gecə oyanıb təhəccüd namazı qılandan sonra yenidən vitr namazı qılmasına ehtiyac yoxdur. Çünki Rəsulullah (s.ə.s) bir hədisində “Bir gecədə iki vitr namazı yoxdur”. – buyurmuşdur.

2. 592 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namaz xaricində azan oxumaq olar?

Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar: Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.

3. 926 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazı imamdan gec bitirmək

Sual: İmama tabe olan şəxs “təhiyyat”dan sonrakı duaları oxumadan imam salam versə nə etməlidir? Cavab: Rəsulullah (s.ə.s) müsəlmanları camaatla namaza təşviq edərək belə buyurmuşdur: “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.”

2. 487 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qütblərdə namaz vaxtları

Sual: Altı ay gecə, altı ay gündüz olan bölgələrdə namaz necə qılınmalıdır? Cavab: İslam fəqihlərinin əksəriyyətinə görə isə, bu bölgələrdəki müsəlmanlar da beş vaxt namazdan məsuldurlar. Əgər olduqları bölgədə bir namazın vaxtı müşahidə olunmursa, həmin bölgəyə ən yaxın beş vaxt namaz vaxtı müşahidə olunan bölgənin vaxtlarına görə namazlarını qılmalıdırlar.

4. 464 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazların birləşdirilməsi

Sual: İki namazı birləşdirərək bir vaxtda qılmaq (cəmus-səlateyn) caizdir? Cavab: Hər namazı öz vaxtında qılmaq fərzdir. Çünki vaxt, namazın şərtlərindəndir. Hz. Peyğəmbərin dövründə vida həcci xaricində səfərdə olarkən, xəstəlik, şiddətli yağış və sairə kimi çətinliklərlə üzləşəndə günorta ilə ikindi və axşamla yatsı namazları birləşdirilərək qılınmışdır.

10. 485 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Əvvabin namazı

Əvvabin kəlməsi “günahlardan bağışlanmaq üçün tövbə edən, Allahı çox zikr edən, bütün işlərində Allaha itaət (təvəkkül) edən, heç kəsin olmadığı yerdə gizlicə tövbə edən, çox mərhəmətli olan və çox namaz qılan” mənalarındadır. Əvvabin namazı tövbə edən və Allaha sığınanların namazı deməkdir. Qurani-Kərim əvvabin namazından belə bəhs edir:

8. 951 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Quran və Sünnədə namaz vaxtları

Namazı vaxtında qılmaq əda, vaxtından sonra qılmaq isə qəza sayılır. Çalışmaq lazımdır ki, namazlar qəzaya qalmasın, hər biri öz vaxtında qılınsın. Gündəlik beş vaxt namaz qəza edildiyi halda, cümə, bayram və sünnə namazları qəza edilmir. Namazın mükəlləf üzərinə vacib və məqbul olması üçün namaz vaxtlarını bilmək şərtdir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.

20. 689 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin