tesvir
Namazı vacib edən dəlillər

“Səlat” kəlməsi Qurani-Kərimdə dua və namaz mənasında 78 ayədə tək formada və 5 ayədə isə ismin cəm formasıda “sələvat” kəlməsi ilə qeyd olunur. 3 ayədə namaz qılanlar (musallin) şəklində işlədilir. Bundan başqa 14 ayədə cəm formasında “namaz qılın”, 4 ayədə tək əmr şəklində “namaz qıl” buyurulur və 24-ə yaxın ayədə keçmiş zamanda “namaz qılanlar”dan bəhs olunur.

2. 969 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namaz ibadətinin tərifi və tarixi

Fərzlərin ən əhəmiyyətlisi namazdır. İnsan qiyamət günü imandan sonra namazdan sorğuya çəkiləcək. Namaz ibadəti qəlbin nuru, qəlbin sevinci, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz kəlməsinin “dua etmək”, “tərifləmək”, “təzim etmək”, “xeyir-dua etmək” kimi mənaları var. Termin olaraq isə namaz, təkbirlə başlayıb salamla tamamlanan xüsusi hərəkət və sözlərdən ibarət ibadətdir.

5. 950 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Təyəmmümü pozan hallar hansıdır?

Təyəmmüm su tapılmadığı və ya olsa da istifadə etmək imkanı olmadığı hallarda dəstəmaz, ya da qüsl niyyəti ilə torpaq yaxud torpaq cinsindən bir maddəyə əlləri sürtməklə üzü və iki qolu məsh etməkdən ibarət hökmi təmizlikdir. Təyəmmüm aşağıdakı hallarda pozulur:

3. 001 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Namazı tərk etmək

Mənim on iki yaşım var. Namaz qılmasam günah qazanarammı ?
Balaca qardaşımız, siz artıq həddi büluğ yaşına yaxınlaşmış və yaxud da çatmısınız. Ona görə də mütləq namazlarınızı qılmalısınız.

2. 489 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

17. 164 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namaz yorğunluq verirmi?

Sual: “Namaz gözəldir, lakin hər gün beş dəfə çoxdur. Heç vaxt qurtarmadığına görə yorğunluq verir” deyənlərə necə cavab vermək olar? Cavab:…

2. 328 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Kimin ehtiyacı var?

Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli həkimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündüyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var.

2. 597 dəfə oxunub 2 şərh yazılıb
tesvir
İbadətlər Allah rizası üçün edilməlidir

badətin ruhu ixlasdır. İxlas isə ibadətin sırf əmr olunduğu üçün yerinə yetirilməsidir. Faydalar, hikmətlər ancaq seçim vəsiləsi, vasitəsi ola bilər, səbəb əsla. Məsələn, bir insan beş vaxt namazı Allahın əmrini yerinə yetirmək və bununla axirətdə məsuliyyətdən xilas olmaq məqsədilə deyil, vücuda müsbət təsirinə görə qılarsa, namazı səhih deyildir.

3. 602 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Namaz borcu olan şəxs nə etməlidir?

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?

5. 166 dəfə oxunub 2 şərh yazılıb
tesvir
Eynəklə namaz qılmaq və ya qıldırmaq olarmı?

Həmişə eynəkdən istifadə etməli olan şəxsin səcdəyə gedərkən səcdə üzvləri səcdə yerinə tam toxunursa eynəkdən istifadə edə bilər. Əks təqdirdə (yəni, eynək səcdə üzvlərinin yerə təmasına mane olarsa) eynəyi çıxarmaq lazımdır.

2. 394 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qızların namaza başlama yaşı

Sual: Qızlar neçə yaşından namaz qılmalıdır?

31. 948 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Rəsulullah (s.ə.s) namazlarda hansı surələri oxuyardı?

Namaz qılarkən Fatihə surəsindən sonra Qurani-Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı məhdudiyyət yoxdur. Bununla yanaşı Allah Rəsulunun (s.ə.s) hər namazda adət halına gətirərək oxuduğu yerlər vardır…

14. 447 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namaz qılarkən səsli və ya səssiz oxumaq necə olmalıdır?

Əgər oxuduqlarımızı özümüz pıçıltı şəklində eşitmiriksə, deməli oxumuruq, sadəcə olaraq “ürəyimizdən” və ya zehnimizdən keçiririk. Səssiz oxumağın ən az səviyyəsi bütün hərfləri dil və dodaqlarımızı tərpədərək tələffüz etməkdir. Ola bilsin ki, bu təqdirdə heç bir səs çıxmasın və ya eşidilməsin. Ancaq kənardan baxan nə isə oxuduğumuzu analayır. Yoxsa ürəkdən keçirmək oxumaq sayılmır.

3. 508 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Nə üçün bəzi namazlarda səssiz, bəzilərində isə səsli oxuyuruq?

Rəsulullah (s.ə.s) günorta və ikindi namazlarında müşriklərin təzyiqinə məruz qalmamaq üçün səssiz, axşam namazı onların yemək, yatsı və səhər namazının vaxtı da yatmaq vaxtı olduğundan bu namazları səsli qiraətlə oxuyurdu. Cümə və bayram namazları da hicrətdən sonra Mədinədə fərz və vacib buyruldu. Artıq müşriklərin təzyiq və təhlükələri sovuşmuşdu. Buna görə də həmin namazlar gündüz vaxtı qılınmalarına baxmayaraq səsli qılınırdı.

14. 457 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazın mənəvi faydaları

Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Hər ibadətin özünəxas faydaları vardır. Namazın ən böyük meyvəsi isə bəndənin Allaha yönəlməsi, Allahın da bu yönəlişə yönəlişlə cavab verməsidir.

11. 331 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Camaatla namaz qılmağın fəziləti

Camaatla namaz qılmaq Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və əshabının yolu ilə getməkdir ki, bu da möminləri onlar kimi birlik və bərabərliyə sövq edir. Onların yolu ilə addımlamaq arzu və istəyini artırır.

6. 583 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazın fərdi və ictimai faydaları

Namaz insanın Yaradanını anması, Onu xatırlaması, Onunla irtibat qurması deməkdir. Namaz insanın həm cisminə, həm də ruhuna şəfadır. Namaz Rəbbə təslim olmaq, Ona boyun əyib hər cür ehtiyacı Ondan istəmək və eyni zamanda hər gün Ona hesab vermək zamanıdır.

3. 926 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Namaz vaxtlarının tibbi cəhətləri

“Bir şeyi yaddan çıxarmamalıyıq ki, insana yuxu gətirən melatonin hormonunun normal ifraz olunması ilə cinsi və əqli fəaliyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu ahəng sayəsində insan vücudu stabil və nizamlı həyat yaşayır. Bu səbəbdən də mütəmadi və vaxtlı-vaxtında namaz qılmaq insanı gündəlik həyata uyğunlaşmasını təmin edir və orqanların iş qabiliyyətini maksimum səviyyəyə çatdırır”

3. 395 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Namazın tibbi faydaları

Namaz ürəyin fəaliyyətini tənzimləyir, damarları genişləndirir, hüceyrələri elastikləşdirir. Həzm sistemini yaxşılaşdırır, qəbzliyin qarşısını alır. Sinirləri sakitləşdirir, oynaq iltihabının qarşısını alır. Xəstəliklərə qarşı immuniteti artırır. Əzələləri gücləndirir və oynaqların hərəkət qabiliyyətini artırır. Vücudu gücləndirib əzginliyi və halsızlığı aradan qaldırır. Fiziki və əqli sağlamlığa faydalı olur.

8. 782 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazdakı hərəkətlərin hikməti və mənaları

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.

12. 503 dəfə oxunub 1 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin