Orucun tibbi hikmətləri

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur.

3. 392 dəfə oxunub 0 şərh yazılıb
Orucun xatırlatdıqları

Nemətə səbəb olana təşəkkür edib, bu nemətin həqiqi sahibi olan Allahı unutmaq, qiymətli hədiyyə gətirən elçinin əlini öpüb, hədiyyə sahibini tanımamaq kimidir.

1. 486 dəfə oxunub 0 şərh yazılıb
Diş fırçalamaq orucu pozur?

Diş fırçalamaq orucu pozmur. Ancaq diş fırçalayarkən diş pastası, misvaq parçaları və ya su udularsa, oruc pozulur. Orucun pozulma ehtimalını nəzərə alaraq dişləri imsakdan əvvəl və iftardan sonra fırçalamaq məsləhətdir.

15. 827 dəfə oxunub 0 şərh yazılıb
Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.

2. 829 dəfə oxunub 0 şərh yazılıb
Mərhumun adına oruc tutmaq

Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”

3. 237 dəfə oxunub 0 şərh yazılıb
Niyə məhz bir ay oruc tuturuq?

Bir insan həyatı boyu sağlam qalmaq istəyirsə, hər il dörd həftə yeməkdən imtina edib, oruc tutmalıdır”.

2. 897 dəfə oxunub 0 şərh yazılıb
Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

19. 425 dəfə oxunub 0 şərh yazılıb
Göz damcısı orucu pozur?

Göz damcısı orucu pozmur.

9. 629 dəfə oxunub 0 şərh yazılıb
Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

82. 283 dəfə oxunub 1 şərh yazılıb
Şəkk günü oruc tutmaq olar?

Şaban ayının iyirmi doqquzundan sonrakı gün hava buludlu olar və həmin günün şaban yoxsa, ramazan ayına aid olduğu dəqiq bilinməzsə, bu günə şəkk günü deyilir.

2. 364 dəfə oxunub 0 şərh yazılıb
Oruc orqanizm üçün zərərlidirmi?

Tibb mütəxəssislərinin fikrincə, oruclu şəxslərdə adrenalin və kortizon hormonları qana daha asanlıqla qarışır. Bu hormonlar xərçəng hüceyrələrinə də təsir göstərir və xərçəngə qarşı sanki qalxan funksikyasını yerinə yetirir yəni xərçəng hüceyrələrinin çoxalmasına mane olur.

2. 274 dəfə oxunub 0 şərh yazılıb
Qulaq yudurmaq orucu pozurmu?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

5. 502 dəfə oxunub 0 şərh yazılıb
Misvakdan istifadə orucu pozurmu?

Oruclu ikən misvakdan istifadə etmək orucu pozmur.

2. 550 dəfə oxunub 0 şərh yazılıb
Nəzir orucu nədir?

Nəzir insanın fərz və ya vacib olan hər hansı ibadəti edəcəyinə dair Allaha verdiyi sözdür. Nəzir sözünün əvəzinə əhd sözü də işlədilir.

6. 544 dəfə oxunub 0 şərh yazılıb
Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

2. 923 dəfə oxunub 0 şərh yazılıb
Pozulan nafilə oruc qəza edilməlidirmi?

Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.

2. 184 dəfə oxunub 0 şərh yazılıb
Krem, pomada və qoxu orucu pozurmu?

Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.

12. 862 dəfə oxunub 0 şərh yazılıb
Anesteziya orucu pozurmu?

Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.

1. 989 dəfə oxunub 0 şərh yazılıb
Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

2. 288 dəfə oxunub 0 şərh yazılıb
Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.

4. 535 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin