İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

17. 878 dəfə oxunub 5 şərh yazılıb
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

9. 482 dəfə oxunub 0 şərh yazılıb
Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.

2. 948 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Allah Rəsulu (s.ə.s) qədər haqqında

Peyğəmbərimiz (s.ə.s) qədər mövzusunda mübahisə edən bir neçə səhabəyə: “Sizə bunlar əmr olunub, yoxsa mən sizə bundan ötrü göndərilmişəm? Sizdən əvvəlkilər bu barədə mübahisəyə başladıqları zaman həlak olmuşdular”, – buyuraraq qədər mövzusunda mübahisə edilməsindən narahat olduğunu bildirmişdir.

6. 576 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qədərlə bağlı ayələrə bir baxış

Qurandakı qədər məfhumu təkcə insanla deyil, mikro aləmdəki zərrələrdən tutmuş makro aləmlərə qədər bütün kainatla bağlıdır. Yəni səbəb və nəticə çərçivəsində varlıq səhnəsinə çıxan hər bir məxluq ilahi bir proqram (qədər) içərisində meydana gətirilir. Bunu ayələrdə açıq-aşkar görürük.

3. 165 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qədər də bir elmdir

Qədər Allah-Təalanın elmində əşyaya biçilmiş bir plan və layihədir. Bir şeyi bilmək onu meydana gətirmək demək deyil. Məsələn, beynimizdə bir binanın planını qursaq və ya yüzlərlə zavod tiksək, bunlar sırf beynimizdə planlaşdırdığımıza görə həyata keçməz. Onların ərsəyə gəlməsi üçün iradə və qüdrətə ehtiyac vardır. Əks halda layihəsini çəkdiyimiz bina və ya zavoddan bizdən başqa heç kimin xəbəri olmaz.

3. 308 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qədərlə iradə bir-birinə zidd görünmürmü?

Mahiyyətcə insanın iradəsi ilə ilahi qədər bir-biri ilə ziddiyyət təşkil etmir. Yəni insanın iradəsi ilə qədər çiyin-çiyinə gedir. İndi isə bu fikrə aydınlıq gətirək:

2. 288 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Evlilik qədərdirmi?

Keçmiş zaman, qədərin ortaya çıxmış halıdır. Yəni qəzadır. Gələcək zaman isə qədərdir. Bizlər keçmişə qədər, gələcəyə də iradə nəzəri ilə baxarıq. Yəni, evlilik gerçəkləşmişsə bu artıq qədərin ortaya çıxmış şəklidir. Demək ki, qədərimizdə varmış da evlənmişik deyərik. Daha evlilik olmamışsa, qədərimizi bilmədiyimizdən ötəri iradəmizi istifadə etməli və bu mövzuda lazımlı səbəbləri yerinə yetirmək məcburiyyətindəyik. Düşünər daşınar, dinimizin əmr etdiyi şəkildə bir evlilik reallaşdırmağa çalışarıq. Sonunda yenə də qədərimizdə yazılan ortaya çıxar və…

3. 756 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Artıq qədərimiz yazılıbsa, qərarlarımıza görə nə üçün məsuliyyət daşıyırıq?

Böyük bir İslam alimi bu suala belə cavab verir: “Şübhəsiz ki, insanda hürriyyət və seçmə qabiliyyəti vardır. Və o hürriyyət, iradə və seçimə görə də günah və savab, yaxşı və pis əməllər insana aid edilir. İnsanın iradə və istəyinin meydana gələn nəticələrdə rolu nə qədər olur-olsun, o iradə Uca Yaradan tərəfindən şərt və səbəb olaraq […]

2. 332 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Qədərə inanmaq məsuliyyəti aradan qaldırır?

İslamın qəza və qədər adlı iman əsasını insan azadlığına zidd kimi qəbul etmək doğru deyildir. Çünki bir müsəlmanın qədərə iman etməsi əsas etibarilə hər şeyin Allahın elmi, iradəsi, qüdrəti və yaratması ilə gerçəkləşdiyinə, Allahdan baş­qa yaradan olmadığına inanması deməkdir. Qədərə iman məsuliyyəti bir kənara atmaq demək deyil. Çünki İslam qüdrət sahibi, kainatı yaradan Uca Allahı […]

3. 320 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qədərə imanın insana faydaları

İnsan fitrətində hər bir gözəllik və yaxşılığa sahiblənmə, onlarla öyünmə, iftixar etmə, qürurlanma duyğusu vardır. Məhz bu yerdə qədər araya girir və: “Lovğalanma, edən sən deyilsən”, − deyərək insanı görülən gözəl işlərə baxıb qürurlanmaqdan, təkəbbür və mənəm-mənəmlik hissinə qapılmaqdan qoruyur. Çünki yaxşı əməllərin işlənməsini istəyən ilahi iradə, onların yerinə yetirilməsi üçün lazımi qabiliyyət və gücü verən də ilahi qüdrətdir. Lakin bu məqamda məsuliyyət və mükəlləfiyyət prinsipi ortadan qalxmasın deyə İslamın ixtiyar (iradə) prinsipi işə düşüb: “Sən məsulsan, çünki seçən sənsən”, − deyir, insana məsuliyyətini xatırladır.

3. 872 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Allah necə olur ki, hər şeyi olmamışdan əvvəl bilir?

Bir dağ təsəvvür edək. Tutalım, dağın şimal tərəfində bir nəfər, cənub tərəfində də bir nəfər dayanıb. Belə vəziyyətdə şimal tərəfdə dayanan şəxs cənub tərəfdə olan adamı görə, onun nə elədiyini bilə bilərmi? Mümkün deyil, çünki qarşısındakı dağ ona mane olur. Bu, cənubdakı adama da aiddir. İndi bir başqa varlıq götürək. Bu varlıq dağın lap zirvəsindədir və hər iki adamın nə etdiyini çox aydın görür. Allah-Təala da bu cürdür. O, zaman və məkanın fövqündə dayanır və elmi ilə keçmişlə gələcəyi bir nöqtədə görür və bilir. İnsan isə zaman və məkan çərçivəsindən kənara çıxa bilmir.

4. 566 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Hər şey qədər qələmi ilə yazılmışdır

Rəbbimiz əzəldən əbədə qədər meydana gələcək hər şeyi yazmışdır. Böyük bir İslam mütəfəkkiri bu təqdir və təsbiti belə izah edir: Madam, gözümüzlə görürük ki, hər bir canlı böyüyüb inkişaf edərkən onu təşkil edən zərrələr əyri-üyrü sərhədlərə qədər irəliləyib dayanır, yolunu dəyişir və o sərhədlərin sonunda müəyyən hikmət və fayda ilə nəticələnir. Demək, onun surəti, inkişaf […]

2. 234 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Yolagetmə , yoxsa “qədərə razı olma”

Həyat yoldaşının düzgün seçilməsi ailədə yaxşı münasibətlərin, yola getməyin əsasını təşkil edir.

1. 661 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Qədər bir bəhanə olaraq irəli sürülə bilərmi?

 İslam düşüncəsində qədər var, amma “qədərçilik” yoxdur. Qədər bəzilərinin zənn etdiyi kimi özünü hadisələrin axarına buraxmaq deyildir. İnsan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və ehtiyatını əldən qoymamalıdır. Möminliyin şərtlərindən biri də qədərə imandır, lakin onu əsas gətirib görüləsi işləri tərk etmək doğru deyildir. Bir günah işlədikdən sonra “Qədərim bu imiş, alın yazısından qaçmaq olmaz”, – […]

3. 192 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin