Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?
İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür.
Görəsən dünyaya gəlişi və həyatdan gedişi arasında ömür adlanan bir zaman dilimini yaşayan peyğəmbərlərin, xüsusilə də Peyğəmbərimizin (s.ə.s) göndərilməsində hansı məqsədlər olmuşdur?
Yaradılışda qüsursuz bir sənət sərgilənmiş və hikmətli faydalar nəzərə alınmışdır. Buna da inayət və qayə dəlili deyilir. Bu dəlil kainatı yaradan Zatın qəsd (məqsəd, niyyət) və hikmətini isbatlayır və təsadüfi yaranma düşüncəsini qəti şəkildə təkzib edir. Çünki mükəmməllik və qəsd iradəsiz və ixtiyarsız ola bilməz.
Sual: İnsana verilən maraq hissi müasir dövrdə daha çox gündəlik xəbərlər, siyasi mübahisələr, məşhurların həyatı və s. kimi mövzulara yönəldilir.