Qurana bütöv şəkildə nəzər saldıqda görürük ki, onun bütün surə və ayələrinə nüfuz edən dörd ana xətt vardır. Quranın digər bəyanları bu dörd qayəni qüvvətləndirməyə xidmət edir.
Quranın nazil olduğu dövrdə şeir ən geniş yayılmış ədəbi sənətlərdən biri idi. İnsanlar söhbət edəndə, dava-dalaş salanda az qala şeirlə danışırdı. Hər il şeir müsabiqələri keçirilir və qalib gələn şeirlər qızılla yazılıb Kəbənin divarından asılırdı. Qəbilələr hörmət-izzət sahibi şairlərin sözü ilə müharibə edər və ya sülh bağlayardılar.
İnsan və kainat kimin əsəridirsə, Quran da yalnız Onun əsəridir. Çünki Qurani-Kərim həm insanı insana tanıdır, həm də varlıq kitabını təfsir edir. Quran bir tərəfdən insanı bütün zəif cəhətləri və fəzilətləri ilə, digər tərəfdən də kainatı bütün sirr və incəlikləri ilə oxuyur ki, bütün kainata hökm edə bilməyən bir Zatın belə bir söz deməsi mümkün deyil.
Yaşadığımız dövürdə vaxt sürətlə ötüb keçir. Dəqiqələr, saatlar, günlər, həftələr.. sürətlə ötüb gedir. Ona görə də inanan bir insan həyatı süzərək yaşamalıdır. Heç olmasa gün ərzində tərcüməsi ilə birlikdə ən az beş səhifə Quran oxumalıdır.
Qurani-Kərim oxunan yer mühüm əhəmiyyət kəsb edir. Belə ki, məsciddə oxunan Quran şərəfli yerdə oxunduğu üçün daha savablı olmaqla yanaşı, hamam və tuvalet kimi natəmiz yerlərdə Quran oxumaq isə məkruhdur. Bundan əlavə, qəflət içində Quran oxumanın qəfləti bir az da artırdığı bəzi alimlərimiz tərəfindən vurğulanmışdır. Ona görə də, Qurani-Kərim Rəbb ilə təkbaşına qala bilmək üçün, […]
İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır.
Quran oxuyarkən başın örtülməsi fərz və ya vacib deyil. Ancaq başaçıq Quran oxumaq, ona qarşı ehtiram və ədəb baxımından düzgün deyil.
“Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.
Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir.
İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar.
Quranın insanı yorub usandırmamasının bir hikməti də budur: Quran qəlblərə qida, ağıllara qüvvət və zənginlik, ruha su və işıq, nəfslərə dərman və şəfa olduğuna görə oxuyanı usandırmır. Hər gün çörək yeyirik, ancaq bezmirik. Lakin ən gözəl meyvəni hər gün yesək, bezərik. Deməli, Quran haqq-həqiqət, doğru söz, hidayət və heyrətamiz fəsahət olduğuna görə insanı bezdirib usandırmır. Daima gəncliyini qoruyub saxladığı kimi, təzəliyini və şirinliyini də qoruyur.
Quran oxunduğu yerə özü ilə bərabər hüzur, xoşbəxtlik və bərəkət gətirir. Oxuyanlara sevinc bəxş edir. Qəm və dərdlərini dağıdır, ümidsizlik hissini yox edir, qəlbə gümrahlıq və canlılıq gətirir. O, hər cür vəsvəsəni Quran oxuyanlardan və oxunan yerlərdən uzaqlaşıdırır. Onları insi və cinni şeytanlardan hifz edir.
Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[1] və “Xabir”[2] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz […]
“Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə, “qaraə” felinin məsdər şəkli olub “oxumaq” deməkdir. “Qiyamə” surəsinin 17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. “Quran” sözü “oxunan”, “tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə Allahın kitabının xüsusi adına çevrilmişdir.
Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan
Sual: Yeni elmi kəşflər və icadlardan dərhal sonra Quranda bu nailiyyətlər haqda bəzi işarələr olduğunu deyirlər. Bu baxımdan tədqiqatçıların Quranda mövcud elmi həqiqətlərə münasibəti necə olmalıdır? Bu kimi ayələr, xüsusilə də, dəqiq elmlər sahəsində çalışanlara nə deyir? Cavab: Quran və kainat Cənabi-Allahın iki ayrı kitabıdır. Bu səbəbdən onların bir-birinə zidd olması mümkünsüzdür.
Bu sualın cavabını tam anlamaq üçün Quranın nazil olma və yazıya alınma prosesindən bir az xəbərdar olmalıyıq. Bildiyimiz kimi, Quran ayələri Həzrət Məhəmmədə (sallallahu əleyhi və səlləm) dörd böyük mələkdən biri olan Cəbrail əleyhissalam vasitəsilə vəhy şəklində nazil edilmişdir. Qurani-Kərim bir dəfəyə deyil, Allah Rəsuluna (sallallahu əleyhi səlləm) peyğəmbərlik verilməsindən Onun vəfatına qədər keçən iyirmi […]