Quranda bəzi ayələrin təkrar olunmasının bir çox hikməti var. Quran insanlara çatdıracağı mesajı müxtəlif üslublarla təqdim edir. “Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!)” (Taha, 20/113) ayəsində də bu həqiqət bildirilmişdir.