Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

15. 911 dəfə oxunub 0 şərh yazılıb
Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

3. 229 dəfə oxunub 0 şərh yazılıb
Cəlsə və qadə nədir?

Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.

4. 635 dəfə oxunub 0 şərh yazılıb
Səcdə

Səcdə nədir? Ərəb dilində “s-c-d” kökündən törəyən “səcdə” kəlməsi lüğətlərdə “itaət, təslimiyyət və təvazö ilə əyilmək, baş əymək, təzim etmək, alını yerə qoymaq” mənalarında işlədilir. Fiqh termini olaraq səcdə namazın hər rükətində müəyyən üzvləri (ayaqlar, dizlər, əllər, alın və burun) yerə və ya yerə bitişik səthə qoyaraq iki dəfə yerə qapanmaq deməkdir. Məscid sözü də […]

18. 935 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Namazdakı hərəkətlərin hikməti və mənaları

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.

12. 516 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Səcdədə oxunan dua və zikirlər

“Sübhansan ya Rəb! Səni təsbeh edirəm, Sən nöqsan sifətlərdən, əksik və qüsurdan, şərik və yardımçıdan münəzzəhsən, ucasan”

31. 777 dəfə oxunub 1 şərh yazılıb
tesvir
Şükür səcdəsi

Rəbbimə dua edib ümmətim üçün şəfaət dilədim; O da ümmətimin üçdə birini mənə bağışladı.

5. 932 dəfə oxunub 0 şərh yazılıb
hacet
Səcdədə istədiyimiz kimi dua edə bilərikmi?

Sual: Allaha ən yaxın olduğumuz yer səcdə olduğuna görə səcdədə istədiyimiz kimi Allaha dua edə bilərikmi? İnsan namaz xaricində səcdəyə qapanıb istədiyi qədər və istədiyi şəkildə dua edə bilər. Lakin namazda ikən səcdəyə getdiyimizdə dua etməyə gəlincə,  alimlər bu mövzuda həssas davranmışlar və belə bir yerdə ediləcək duanın Qurandan və ya ən azından məşhur hədislərdə […]

6. 913 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin