tesvir
Namaz qılarkən səsli və ya səssiz oxumaq necə olmalıdır?

Əgər oxuduqlarımızı özümüz pıçıltı şəklində eşitmiriksə, deməli oxumuruq, sadəcə olaraq “ürəyimizdən” və ya zehnimizdən keçiririk. Səssiz oxumağın ən az səviyyəsi bütün hərfləri dil və dodaqlarımızı tərpədərək tələffüz etməkdir. Ola bilsin ki, bu təqdirdə heç bir səs çıxmasın və ya eşidilməsin. Ancaq kənardan baxan nə isə oxuduğumuzu analayır. Yoxsa ürəkdən keçirmək oxumaq sayılmır.

3. 508 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Nə üçün bəzi namazlarda səssiz, bəzilərində isə səsli oxuyuruq?

Rəsulullah (s.ə.s) günorta və ikindi namazlarında müşriklərin təzyiqinə məruz qalmamaq üçün səssiz, axşam namazı onların yemək, yatsı və səhər namazının vaxtı da yatmaq vaxtı olduğundan bu namazları səsli qiraətlə oxuyurdu. Cümə və bayram namazları da hicrətdən sonra Mədinədə fərz və vacib buyruldu. Artıq müşriklərin təzyiq və təhlükələri sovuşmuşdu. Buna görə də həmin namazlar gündüz vaxtı qılınmalarına baxmayaraq səsli qılınırdı.

14. 459 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin