Sahibsiz əşya tapsaq nə etməliyik?

Ubey ibn Kab nəql edir: Bir dəfə mən bir kisə pul tapdım. İçində yüz dinar vardı. Onu Rəsulullaha (s.ə.s) göstərdim. Rəsulullah (s.ə.s) həmin kisəni bir il boyunca elan etməyimi istədi. Mən də bir il elan etdim. Sahibi tapılmadı. Yenidən Rəsulullahın (s.ə.s) yanına gəldim. Rəsulullah (s.ə.s) yenə bir il elan etməyimi istədi. Yenə sahibini tapa bilmədim. Bu dəfə Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu kisəni, içindəki pulun məbləğini yaxşı yadında saxla. Sahibini tapsan ona geri qaytar. Əgər sahibini tapmasan özün üçün xərclə.”

3. 760 dəfə oxunub 1 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin