Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır.
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?
Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?
Sual: Buyurulur ki, sui-zənn və həsəd ruhi xəstəlikdir. Bu kimi hallara hansı amillər səbəb olur? Onları aradan qaldırmaq üçün nə etmək olar? Cavab: Sui-zənn və həsəd ‒ hər ikisi öz-özlüyündə böyük günahdır. Onlar arasında müəyyən əlaqə var. Yəni birinin varlığı digərinn meydana gəlməsi ilə nəticələnir, biri o birini tələb edir. Məsələn, ətrafa sui-zənlə baxan adam sui-zənn […]