Mənə beş şey əta edildi ki, Məndən əvvəl heç kimə verilməmişdir: bir aylıq (uzun) məsafədən (düşmənin ürəyinə) qorxu salmaqla (ilahi) nüsrətə layiq görüldüm. Yer üzü mənə namazgah və təmizlik vasitəsi edildi. Buna görə də ümmətimdən namaz vaxtının girdiyini görən hər kəs (olduğu yerdə) namaz qılsın! Qənimət məndən əvvəl heç kimə halal sayılmadığı halda, Mənə halal buyuruldu. Və mənə şəfaət (haqqı da) verildi. (Yenə məndən əvvəl) hər peyğəmbər yalnız öz qövmünə göndərilirdi, mən isə bütün bəşəriyyətə elçi olaraq göndərildim