19. 994 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (s.ə.s.) evdən çıxarkən bu duanı oxuyardı:

 بِسْمِ اللَّهِ توَكَّلْتُ عَلَى اللَّهِ وَ لاَ حَوْلَ
وَ لاَ قُوَّةَ اِلاَّ بِاللَّهِ

 “Allahın adı ilə Allaha güvəndim. Allahdan başqa həqiqi güc və qüdrət sahibi yoxdur”.

Rəsulullah (s.ə.s.) buyurmuşdu:

“Kim evindən çıxanda bu duanı oxuyarsa, ona “Sən işini gör, sənə hidayət verildi və sən qorundun” deyilər və şeytan ondan uzaqlaşar”.[1]

اَللَّهُمَّ اِنِّي أَعُوذُ بِكَ أَنْ أَضِلَّ أَوْ أُضَلَّ أَوْ أَزِلَّ أَوْ أُزَلَّ أَوْ أَظْلِمَ

 أَوْ أُظْلَمَ أَوْ أَجْهَلَ أَوْ يُجْهَلَ عَلَيَّ

 “Allahım! Haqq yolundan çıxmaqdan və ya çıxarılmaqdan, ayağımın haqq yoldan sürüşməsindən və ya sürüş­dürül­məsindən, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cəhalətə düşməkdən və ya cahil edilməkdən sənə sığınıram”. [2]



[1]. Tirmizi, Daavat 34; Ebu Davud, Edeb 112

[2]. Tirmizi, Daavat 35; Əbu Davud 112; İbn Mace, Dua 18



Açar sözləri

evdən çıxanda

Şərh yaz