8. 049 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Ailəm milli-mənəvi dəyərlərinə sahib insanlardır. Məlumat için deyirəm, mən də bu il məzun oluram. Fakültədən bəyəndiyim bir qız var, ancaq ailə yapılarımız tamamən fərqlidir. Məni tanıyan dostlarım da nə qədər danışdılarsa da mənə çatmadı. İndi bir yola girmişəm. Hələlik nişanlıyıq. Çox qərarsızam. Ailəm də istəmir. “Nə halın var gör”, deyirlər. 25 yaşına gəlib çatmış biri kimi özüm qərar verə bilmərəmmi? Mənə bir yol göstərin.

Cavab: İslam dininə görə 25 yaşına gəlmiş bir oğlanın və ya qızın, evlənəcəyi adam barəsində son qərarı özü verə bilməz mi? Bu qərarı verirkən ana-atasının sözünə qulaq asmazsa insan günahkar olarmı?

İslama dininə görə bu sualın iki dəqiq cavabı var:

1. Bəli, verə bilər; xeyr günahkar olmaz. Çünki o yaşa gəlmiş bir insanın etdiyi hər cür hərəkətinin dünyada da və axirətdə də məsuliyyəti ata-anasının deyil, onun boynuna düşər. Ancaq ana-ata ilə uşaq arasında qan və aid olma bağı əbədi davam etdiyi üçün, dünyaya baxan yönü ilə gördüyü yaxşı işlərdən ötəri ana-ata xoşbəxt olar, cəmiyyət nəzdində etibar qazanar; pis işlərdən ötəri isə başları aşağı olar. Axirətdə də uşaqları adına üzərilərinə düşən vəzifələri yerinə yetirmişlər isə savab qazanar, etmədiklərinə görə də hesaba çəkilirlər. Ata-ana yaxşı tərbiyə və təhsil verməsinə baxmayaraq uşaq müəyyən bir yaşdan sonra yolunu dəyişdirərək pis yola düşmüşsə, belə olan halda məsuliyyət tamamilə uşağa aiddir.

2. İndi təkrar başdakı sualımıza qayıdaq. Görəsən, 25 yaşına gəlmiş biri, həyatını birləşdirəcəyi adam ilə əlaqəli son qərarı ana və atasına baxmayaraq verə, amma həyatında bərəkət tapa bilərmi? Onların razılıqlarını almadığı üçün müxtəlif çətinliklər ilə qarşı-qarşıya gələrmi?

Bu sualların cavabı adına söyləyəcəyim fikirlər tamamən bizə aid olub, subyektivdir. Xeyr; əgər ata-ananın izah edə biləcəyi bir əsas vardırsa, bir müsəlman o qərarında bərəkət tapmaya bilər. Uşaqlarının gənclik həvəs və hissiyyatı ilə görə bilmədiyi şeyləri görür, həyat təcrübələrini ortaya qoyur, kor-koranə inadkarlıq göstərmirlər isə, belə olan halda valideynlər haqlıdır. Bu sözlər oğlunu və qızını yaxşı tanıyan valideynlər üçündür. [1]

Yaşanmış bir hadisəni ad vermədən təhlil edək. Heç kəsə məhəl qoymadan, gənclik həvəsi ilə bir xanımla  xarici görkəminə, onun yaxınlaşırkən istifadə etdiyi süni davranışlarına aldanaraq tanış olur. Oğlan milli-mənəvi dəyərlərinə bağlı bir ailədə boya-başa çatmışdır. Tanışma- görüşmə dövründə də yavaş-yavaş içində olduğu yaşantı tərzindən uzaqlaşır. Valideynlərinin, onu tanıyan dostlarının məsləhətinə baxmayaraq evlənir. Aradan bir müddət keçdikdən sonra, üzdəki maskalar düşür və aralarında ziddiyyətlər yaranmağa başlayır. Bəlkə düzəlir düşüncəsi ilə, bir müddət bu şəkildə yarı-yaralı evlilik davam edir. Uşaq dünyaya gəlir. Bu səfər də uşağı necə böyüdüb-tərbiyə edəcəklər deyə mübahisə edər-durarlar. Oğlan sahib olduğu dəyərləri təkrar qazanmaq üçün axtarışa başlayar. Oxuyar. Dindar olmağa çalışar. Bu səfər yara daha da dərinləşir. Xanımı dinə, mənəviyyata meylli olmadığından qarşı çıxar. Mətbəxə girəcək yeyəcək-içəcəkdən, uşaq yeməklərinə, baxılacaq televiziya verilişdən, geyim-keçimədək hər məsələdə ziddiyyətlər artmağa başlayır. Ən son yola getmək çətinləşincə özlərini məhkəmə koridorlarında görürlər. Boşanmaq…

İndi mövzu dindar müsəlman ərin bu mərhələdə nə edəcəyi. Özünə görə bu prosesə gəlməsinin səbəbi ana-ata sözü dinləməməsidir. Ola bilər, amma indi ortada içindən çıxılmayacaq bir hal var və buna qarşı görəsən necə rəftar etməlidir. Onun zehnini məşğul edən iki sual var; birincisi uşaq necə olacaq, iki bu mərhələyə gəlib çatan boşanmanın axirətdəki məsuliyyəti.

 İslama görə axirətdə insanı hesab vermədən qurtara biləcək boşanma səbəblərini belə sıralaya bilərik: tərəflərdən biri başqası ilə zina etməsi və ya ər-arvadın biri digərini belə bir məsələdə ittiham etməsi; uzun müddətə cinsi münasibətdə olmaq istəməmək və ya bir sağalmaz xəstəliyin buna mane olması; tərəflərdən birinin uzun bir müddətə itkin düşməsi və xəbər almamaq; evlilik öncəsi gizlədilən bir yalanın ortaya çıxması və şiddətli dözümsüzlük.

 Yuxarıda bəhsi keçən məsələni şiddətli dözümsüzlük kateqoriyasına daxil etmək olar. Ancaq onun da şərtləri var. Öncəliklə səbir etmək və məsələləri yumşaq bir dillə anlatmaq gərəkirdi. Nəsihət də fayda verməzsə yataq ayrılır. Cinsi münasibətdə olmama bir alternativ kimi dəyərlədirilir, bu da nəticə verməzsə iki tərəfdən bir başbilən hakimlik edərək aranı düzəltməyə çalışır. Nəhayət məhkəməyə müraciət edilir. Çünki evlilik artıq qanqren halına gəlmişdir.

Bu səfər oğlanı başqa şeylər sıxmağa başlayır: “Bəs uşaq necə olacaq?”.



Yazının davamı,


Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz