Mənəviyyata Açılan Pəncərə

Əvvəlcə namaz, yoxsa iftar?

Axşam namazının vaxtı girmişsə, əvvəlcə xurma, su və s. ilə orucu açmaq, sonra da namaz qılmaq daha gözəldir. Yeməyi tez yeyib sonra namaz qılmaq da olar. Ancaq iftar süfrəsində bir neçə növ xörək olduğu üçün axşam namazı gecikə bilər. Namazı vaxtı girən kimi qılmaq daha düzgündür. Ona görə də orucu açdıqdan sonra yaxşı olar ki, namaz qılınsın. Bununla yanaşı, yemək süfrədə olarkən namaz qılmağın məkruh olması haqqında da hədis vardır. Belə olanda namaz qılanın fikri-zikri yeməkdə qalır ki, bu da namazı xuşu və hudu ilə qılınmasına mənfi təsir gostərir. Yemək çox vaxt aparmayacaqsa belə etmək olar. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, orucu Peyğəmbərimizin tövsiyəsi ilə azan oxunan kimi açandan sonra namazı qılmaq, ardınca da yemək yemək daha məqsədəuyğundur.

Exit mobile version