5. 036 dəfə oxunub ,   0 şərh   Çap et

Fərz namazlar ayni fərz (fərz-i ayn)kifai fərz (fərz-i kifayə) olmaq üzrə ikiyə ayrılır. Fərz-i ayn olan namazlar yetkinlik yaşındakı hər müsəlmana fərzdir, yəni hər bir müsəlman bu ibadəti yerinə yetirməlidir. Fərz-i ayn olan namazlar  gündəlik beş vaxt namaz və hər həftə cümə günləri qılınan Cümə namazından ibarətdir. Gündəlik fərz namazlar: sübh namazı 2 rükət, zöhr namazı 4 rükət, əsr namazı 4 rükət, axşam namazı 3 rükət və işa namazı 4 rükət olmaqla cəmi  17 (on yeddi) rükətdir. Cümə namazı Cümə günü zöhr namazının vaxtında camaatla qılınan 2 rükətdən ibarət namazdır. Cümə namazı qılındıqda ayrıca zöhr namazı qılınmır.

Fərz-i kifayə olan namaz isə bir müsəlman öldükdə başda yaxınları, qonşuları və tanışları olmaqla müsəlmanların qıldıqları cənazə namazıdır. Bir neçə müsəlman bu namazı qılarsa, digər müsəlmanlar cənazə namazını qılmadıqları üçün məsuliyyət daşımırlar. Savab və fəziləti isə namazı qılanlar əldə etmiş olurlar. Əgər heç kim qılmasa, bütün müsəlmanlar məsul olur.




Şərh yaz