1. 610 dəfə oxunub ,   0 şərh   Çap et

 

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطٰى

(Fərz, vacib) namazlara, (xü­su­silə) orta namaza (əsr namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun). {“Bəqərə” surəsi, 2/238}

فَاِنْ تَابُوا وَاَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَب۪يلَهُمْ

Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

 عَنْ مُعَاذٍ  قَالَ: بَعَثَن۪ي رَسُولُ اللّٰهِ  إِلَى الْيَمَنِ فَقَالَ: «إِنَّكَ تَأْت۪ي قَوْمًا مِنْ أَهْلِ الْكِتَابِ فَادْعُهُمْ إِلٰى شَهَادَةِ أَنْ لَا إِلٰهَ إِلَّا اللّٰهُ وَأَنّ۪ي رَسُولُ اللّٰهِ فَإِنْ هُمْ أَطَاعُوا لِذٰلِكَ فَأَعْلِمْهُمْ أَنَّ اللّٰهَ تَعَالٰى افْتَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ ف۪ي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ فَإِنْ هُمْ أَطَاعُوا لِذٰلِكَ فَأَعْلِمْهُمْ أَنَّ اللّٰهَ تَعَالٰى اِفْتَرَضَ عَلَيْهِمْ صَدَقَةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلٰى فُقَرَائِهِمْ فإِنْ هُمْ أَطَاعُوا لِذٰلِكَ فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ فَإِنَّهُ لَيْسَ بَيْنَهَا وَبيْنَ اللّٰهِ حِجَابٌ»

Hz. Muaz (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) məni Yəmənə (vali və ya qazı) göndərərkən belə buyurdu: “Sən kitab əhli olan bir qövmün arasına gedirsən. Onları əvvəlcə Allahdan başqa heç bir ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət gətirməyə dəvət et. Bu çağırışı qəbul edib şəhadət gətirsələr, bu dəfə Allahın onlara hər gün beş vaxt namazı fərz buyurduğunu bildir. Buna da etiraz etməyib qəbul etsələr, Uca Allahın onlara varlılardan alınıb kasıblara verilmək şərti ilə zəkatı fərz buyurduğunu xəbər ver. Bunu da qəbul etsələr, zəkat yığarkən – öz razılıqları ilə verdikləri istisna olmaqla – onların ən qiymətli malını almaqdan çəkin. Bu və ya digər məsələlərdə insanlara zülm edib məzlumun bədduasına tuş gəlməkdən də uzaq ol. Çünki məzlumun bədduası ilə Allah arasında heç bir pərdə və maneə yoxdur”. [Buxari, Zəkat 41; Müslim, İman 29-31]

 عَنْ جَابِرٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالْكُفْرِ تَرْكَ الصَّلَاةِ»

Hz. Cabir (r.a.) nəql edir:

“Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Bu, bir həqiqətdir ki, namazı tərk etmək imanla şirk və küfr arasındakı pərdəni qaldırar”.[Müslim, İman 134]

İzah: İnsan namazı tərk edəndə onunla küfr arasında heç bir pərdə (maneə) qalmır. Bir anda inkar tərəfinə keçməsi mümkündür; hətta sərhəd olmadığı üçün keçdiyini də hiss etməz.

 عَنْ بُرَيْدَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «الْعَهْدُ الَّذ۪ي بَيْنَنَا وَبَيْنَهُمْ اَلصَّلَاةُ فَمَنْ تَرَكَهَا فَقدْ كَفَرَ»

Hz. Bureydənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Bizi onlarla (münafiqlərlə) birləşdirən əsas cəhət namazdır. Onu tərk edən münafiq artıq küfrünü açıq-aşkar izhar etmiş sayılır (biz müsəlmanlar belə münafiqlərlə münasibətlərimizi kafirlərə şamil olunan hüquq əsasında tənzimləyirik)”. [Tirmizi, İman 9]

 عَنْ شَق۪يقِ بْنِ عَبْدِ اللّٰهِ التَّابِعِيِّ الْمُتَّفَقِ عَلٰى جَلَالَتِهِ رَحِمَهُ اللّٰهُ قَالَ: كَانَ أَصْحَابُ مُحَمَّدٍ  لَا يَرَوْنَ شَيْئًا مِنَ الْأَعْمَالِ تَرْكُهُ كُفْرٌ غَيْرَ الصَّلَاةِ.

Hamının dəyərli şəxsiyyət hesab etdiyi və tabiundan olan Şaqiq ibn Abdullah demişdir:

“Həzrəti Məhəmmədin (s.ə.s.) səhabələri namaz istisna, hər hansı ibadətin tərk edilməsini küfr saymazdılar”. [Tirmizi, İman 9]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ يَوْمَ الْقِيَامَةِ مِنْ عَمَلِهِ صَلَاتُهُ فَإِنْ صَلَحَتْ فَقَدْ أَفْلَحَ وَأَنْجَحَ وَإِنْ فَسَدَتْ فَقَدْ خَابَ وَخَسِرَ فَإِنِ انْتَقَصَ مِنْ فَر۪يضَتِهِ شَيْئًا، قَالَ الرَّبُّ : اُنْظُرُوا هَلْ لِعَبْد۪ي مِنْ تَطَوُّعٍ فَيُكَمَّلَ بِهَا مَا انْتَقَصَ مِنَ الْفَر۪يضَةِ؟ ثُمَّ تَكُونُ سَائِرُ أَعْمَالِهِ عَلٰى هٰذَا»

Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Bəndə Qiyamət günü birinci olaraq fərz namazlarına görə sorğu-suala çəkiləcək. Əgər bu namazlar tamam-kamal və məqbul qılınmışdırsa, qulun hesabı asanlaşır və arzusuna çatır. Yox əgər bu ibadət düzgün və məqbul olmasa, qulun sorğu-sua­lı çə­tin keçir və muradına çata bilmir. Əgər fərz namazları tamamlanmazsa, Qüdrətli və Əzəmətli Allah: “Baxın görün, qulumun bu nöqsanlarını tamamlayan sünnət və nafilə namazları varmı?” – buyurur. Beləliklə, natamam fərz namazları  sünnət və nafilə namazları ilə tamamlanır. Onun digər əməllərə görə hesaba çəkilməsi də bu cür davam edir”. [Tirmizi, Məvaqit 188]



Açar sözləri

fərz namazlar

Şərh yaz