Əhli-beyt imamlarına aid edilən fərəc duası
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ. اَللَّهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا فَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً. اَللَّهُمَّ صَلِّ وسَلَّمْ وَ بَارِكْ عَلَى سَيِّدِنَا مُحَمَدٍ وَ عَلَى آلِهِ وَ صَحْبِهِ أَجْمَعِينَ بِعَدَدِ عِلْمِكَ
وَ بِعَدَدِ مَعْلُومَاتِكَ. اَللَّهُمَّ ارْحَمْ وارْحَمْ أُمَّةَ مُحَمَّدٍ.رَبَّنَااجْعَلْنَا مِنْ أَمْرِنَا أُمَّةَ مُحَمَّدٍ صَلِّى اللَّهُ عَلَيهِ وَ سَلَّمَ لاَ سِيَّمَا إِخْوَانَنَا وَ أَخَوَاتَنَا أَصْدِقَائَنَا وَأَحْبَابَنَا وَأَحِبَّئَنَا وَجَمِيعَ المُؤْمِنِينَ المَغْدُورِينَ وَالمَظلُومِينَ وَالْمُتَشَتِّتِينَ فِى كُلِّ أَنْحَاءِ العَالَمِ فَرَجًا وَ مَخْرَجًا رَبَّنَا نَسْأَلُكَ الْفَوْزَ وَالنَّجَاحَ وَالْفَلَاحَ وَالْمُوَفَّقِيَّةَ وَالظَّفَرَ وَالْإِنْتِصَارَ عَلَى أَعْدَائِنَا كَائِنًا مَنْ كَانَ. اَللَّهُمَّ اجْمَعْ شَمْلَنَا أُمَّةَ مُحَمَّدٍ، اَللَّهُمَّ أَلِّفْ بَيْنَ قُلُوبِنَا أُمَّةَ مُحَمَّدٍ،اَللَّهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اَللَّهُمَّ يَا حَافِظُ يَا حَفِيظُ وَاحْفَظْ إِخْوَانَنَا وَأَحِبَّئَنَا وَأَصْدِقَائَنَا مِنْ كُلِّ شَرِّ وَضَرٍّ. اَللّهُمَ عَلَيْكَ بِأَعْدَائِكَ وَأَعْدَائِنَا وَأَعْدَاءِ الدِّينِ ، اَللَّهُمَّ شَتِّتْ شَمْلَ أَعْدَائِكَ وَأَعْدَائِنا وَأَعْدَاءِ الدِّينِ ، اَللَّهُمَّ فَرِّقْ جَمْعَهُمْ اَللَّهُمَّ مَزِّقْهُمْ كُلَّ مُمَزَّقٍ، اَللَّهُمَّ اجْعَلْ بَأْسَهُمْ بَيْنَهُم آمِينْ
Bismillahir rahmənir rahim
Böyüklərdən böyükdür Allah. Bütün həmdlər yalnız Ona məxsusdur. O, bütün mədh və təriflərə layiqdir. Biz də səhər-axşam Onu təsbeh və təqdis edirik. Allahım! Elmin və məlumatın ədədincə salət, səlam və bərəkət Peyğəmbərimiz Həzrət Muhammədin, Əhli beytinin və əshabının üzərinə olsun. Allahım! Bizə və bütün Muhamməd ümmətinə rəhmətinlə muamələ et! Ey Rəbbim! Muhamməd ümmətini, xüsusilə aləmin dörd tərəfində məzlum və pərişan olan qardaşlarımıza, dostlarımıza, bizi sevənlərə fərəc və məxrəc ehsan eylə, bir çıxış yolu göstər! Ya Rabbəna! Hər kim olursa olsun düşmənlərimizə qarşı Səndən qurtuluş, sülh, müvəffəqiyət, zəfər və yardım istəyirik. Allahım, Muhəmməd ümmətini bir araya gətir! Allahım, Muhəmməd ümmətinin könüllərini bir-birinə isnişdir! Allahım, Muhəmməd ümmətinə mərhəmət et! Ey bir ismi də Hafiz Rəbbim! Ey bizləri qoruyub saxlayan Allahım, bizləri, qardaşlarımızı, bacılarımızı, dostlarımızı və könüldaşlarımızı hər cür şər və zərərdən mühafizə eylə. Allahım, Sənin düşmənlərini, bizə düşmənçilik edənləri və dininə düşmən kəsilənləri Sənə həvalə edirik; onların öhdəsindən gəl, ey Rəbbimiz! Allahım, Sənə qarşı düşmənçilik edənlərin; bizə və uca dinin İslama düşməncəsinə rəftar edənlərin birlik və bərabərliklərini poz; onları parça-parça və darmadağın eylə, ey Rabbimiz! Bəndələrin arasına fitnə toxumları saçıb onların aralarını vuranların Sən də aralarını ayır və bölük-bölük eylə. Aralarına ədavət sal, bir-birlərini başa düşməz hala gətir, onları öz-özlərinə qənim eylə. Amin!