2. 576 dəfə oxunub ,   1 şərh   Çap et

 

فَفِرُّوا إِلَى اللّٰهِ إنّ۪ي لَكُمْ مِنْهُ نَذ۪يرٌ مُب۪ينٌ

“Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!  {“Zariyat” surəsi, 51/50}

 عَنْ سَعْدِ بْنِ أَب۪ي وَقَّاصٍ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: « إِنَّ اللّٰهَ يُحِبُّ الْعَبْدَ التَّقِيَّ الْغَنِيَّ الْخَفِيَّ»

Sad ibn Əbi Vaqqas (r.a.) rəvayət edir:

“Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Allah təq­va ilə bəzənmiş, masivadan (Allahdan qeyri hər şey, dünya) uzaq olan (könlü tox) və gizli ənginliklərə malik olub nümayişdən uzaq (iba­dət və infaq edən) qulları sevir”. [Müslim, Zühd 11]

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «يُوشِكُ أَنْ يَكُونَ خَيْرَ مَالِ الْمُسْلِمِ غَنَمٌ يَتَتَبَّعُ بِهَا شَعَفَ الْجِبَالِ وَمَوَاقِعَ الْقَطْرِ يَفِرُّ بِد۪ينِهِ مِنَ الْفِتَنِ»

Əbu Səid əl-Xudri (r.a.) Peyğəmbərimiz Məhəmməd Mustafa­nın (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Yaxın vaxtda müsəlmanın dinini fitnə və fəsaddan qorumaq üçün sahib olacağı ən xeyirli mal yaylaq və otlaqlara çəkilib otardığı qoyunlar olacaqdır”. [Buxari, İman 12, Fitən 14]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ: «مِنْ خَيْرِ مَعَاشِ النَّاسِ رَجُلٌ مُمْسِكٌ عِنَانَ فَرَسِهِ ف۪ي سَب۪يلِ اللّٰهِ، يَط۪يرُ عَلٰى مَتْنِهِ، كُلَّمَا سَمِعَ هَيْعَةً أَوْ فَزْعَةً طَارَ عَلَيْهِ يَبْتَغِي الْقَتْلَ أَوِ الْمَوْتَ مَظَانَّهُ، أَوْ رَجُلٌ ف۪ي غُنَيْمَةٍ ف۪ي رَأْسِ شَعَفَةٍ مِنْ هٰذِهِ الشَّعَفِ، أَوْ بَطْنِ وَادٍ مِنْ هٰذِهِ الْأَوْدِيَةِ، يُق۪يمُ الصَّلَاةَ وَيُؤْتيِ الزَّكَاةَ وَيَعْبُدُ رَبَّهُ حَتّٰى يَأْتِيَهُ الْيَق۪ينُ لَيَسَ مِنَ النَّاسِ إِلَّا ف۪ي خَيْرٍ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Ən bərəkətli həyatı olan iki bəxtəvərdən biri atının üzən­gi­­sini tutan (hər an xidmətə hazır olan), Allah yolunda hər bir ci­had və ya xidmət çağırışına “bəli” deyən, at belində uçanlar və ya­ ölümün cövlan etdiyi yerlərə hücum çəkənlər kimi şəhidliyin ar­xasınca yürüyən insandır. Digəri isə bir yaylaq, yaxud ovalıqda quzularını otaran, namazını tədili-ərkanla qılan, zəkat verən, ölüm haqlayanacan Rəbbinə ibadət edən və həmişə insanların xeyrinə və yaxşılığına çalışan insandır”. [Müslim, İmarət 125]




1 şərh yazılıb
  1. Tural , 06/07/2014 tarixində, saat 22:07

    Allah sizin elminizi yuksek qelbinizi geniş imaninizi bol etsin….bizlerede oz dualarinizda baqişlanmaqimizi isdeyin.

Şərh yaz