1. 894 dəfə oxunub ,   0 şərh   Çap et

إِنْ يَدْعُونَ مِنْ دُونِهِ إِلَّا إِنَاثًا وَإِنْ يَدْعُونَ إِلَّا شَيْطَانًا مَر۪يدًا * لَعَنَهُ اللّٰهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَص۪يبًا مَفْرُوضًا * وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّٰهِ

Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi – Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Allahın yerinə Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. {“Nisa” surəsi,  4/117-119}

 عَنْ أَسْمَاءَ  أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِيَّ  فَقَالَتْ: يَا رَسُولَ اللّٰهِ إِنَّ ابْنَت۪ي أَصَابَتْهَا الْحَصْبَةُ فَتَمَرَّقَ شَعَرُهَا، وَإِنّ۪ي زَوَّجْتُهَا أَفَأَصِلُ فِيهِ؟ فَقَالَ: «لَعَنَ اللّٰهُ الْوَاصِلَةَ وَالْمَوْصُولَةَ»

Hz. Əsma (r.anha) nəql edir:

“Bir qadın Allah Rəsulunun (s.ə.s.) hüzuruna  gələrək: “Ya Rəsulallah! Qızım yenicə gəlin getmişdi ki, qızılca kimi bir xəstəliyə tutuldu və saçları töküldü. Ona süni saç qoydura bilərəm?” – deyə sual verdi. Allah Rəsulu (s.ə.s.): “Allah süni saç qoyanı da, qoyduranı da mərhəmətindən uzaqlaşdırsın”. [Buxari, Libas 85; Müslim, Libas 115]

 عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمٰنِ أَنَّهُ سَمِعَ مُعَاوِيَةَ  عَامَ حَجَّ عَلَى الْمِنْبَرِ وَتَنَاوَلَ قُصَّةً مِنْ شَعَرٍ كَانَتْ ف۪ي يَدِ حَرَسِيٍّ فَقَالَ: يَا أَهْلَ الْمَد۪ينَةِ أَيْنَ عُلَمَاؤُكُمْ؟ سَمِعْتُ النَّبِيَّ  يَنْهٰى عَنْ مِثْلِ هٰذِهِ وَيَقُولُ: «إِنَّمَا هَلَكَتْ بَنُو إِسْرَائ۪يلَ ح۪ينَ اتَّخَذَهَا نِسَاؤُهُمْ»

Humeyd ibn Əbdürrəhman nəql edir:

“Xəlifə Hz. Müaviyə (r.a.) sonuncu həccini etdiyi il (hicri 51-ci ildə) Mədinədə keşikçisinin əlində tutduğu bir tutam saçı alaraq camaata göstərmiş və onlara belə xitab etmişdi: “Ey Mədinə xalqı! Cəmiyyəti islah və xəbərdar etməkdə məsuliyyət daşıyan alimlərimiz haradadır? (Kəkil və süni saç qoyma kimi əməllərə niyə mane olmurlar?) Mən Allah Rəsulunun (s.ə.s.) insanları bu cür işlərdən uzaqlaşdırmaq üçün “İsrail oğullarının həlak olmasının bir səbəbi də, şübhəsiz, qadınların kəkil və süni saç kimi şeylərdən istifadə etməyə başlamasıdır” buyurduğunu eşitdim”. (Buxari, Ənbiya 54; Müslim, Libas 122)

 عَنِ ابْنِ عُمَرَ  أَنَّ رَسُولَ اللّٰهِ  لَعَنَ الْوَاصِلَةَ وَالْمُسْتَوْصِلَةَ، وَالْوَاشِمَةَ وَالْمُسْتَوْشِمَةَ.

İbn Ömər (r.anhumə) nəql edir:

“Peyğəmbərimiz (s.ə.s.) saçlarına süni saç taxan və taxdıran, bədənə döymə vuran və vurduran qadınlara lənət edərək onların Allahın mərhəmətindən uzaq olmasını diləmişdir”. [Buxari, Libas 83; Müslim, Libas 115]

 عَنْ عَمْرٍو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ  عَنِ النَّبِيِّ  قَالَ: «لَا تَنْتِفُوا الشَّيْبَ، فَإِنَّهُ نُورُ الْمُسْلِمِ يَوْمَ الْقِيَامَةِ»

Amr ibn Şuayb (r.a.) atasından, o da babasından nəql edir:

“Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Saç və saqqalınızdan ağarmış tükləri qoparmayın. Çünki onlar Qiyamət günü müsəlmanın nuru olacaq”. [Əbu Davud, Tərəccül 17; Tirmizi, Ədəb 56; Nəsai, Zinət 13]

 عَنْ أَب۪ي قَتَادَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «إِذَا بَالَ أَحَدُكُمْ فَلَا يَأْخُذَنَّ ذَكَرَهُ بِيَم۪ينِهِ وَلَا يَسْتَنْجِ بِيَم۪ينِهِ، وَلَا يَتَنَفَّسْ فِي الْإِنَاءِ»

Əbu Qatədə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Heç bir kişi kiçik təbii ehtiyacını rəf edərkən tənasül üzvünü sağ əli ilə tutmasın, sağ əli ilə qan, sidik, nəcis, məni çıxan yerləri təmizləməsin və bir şey içərkən də nəfəsini qabın içinə verməsin”. [Buxari, Vudu 19;  Müslim, Təharət 63]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ  يَقُولُ: «إِذَا انْقَطَعَ شِسْعُ نَعْلِ أَحَدِكُمْ فَلَا يَمْشِ فِي الْأُخْرٰى حَتّٰى يُصْلِحَهَا»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu eşitdiyini nəql etmişdir:

 “Ayaqqabınızın (çəkmə, başmaq, məst, səndəl və çarıq kimi) bağı qopanda onu düzəldənə qədər (də olsa) bir tay ayaqqabı ilə gəzməyin”. [Müslim, Libas 69]

İzah: Bu hədisdə vurğulanan əsas məsələ ayaqqabının bir tayının ipi qırılması və s. səbəbdən yararsız olması halında onu ən qısa vaxtda təmir etmək və sonra yola davam etməkdir. Zərurət halı istis­na olmaqla, belə bir vəziyyətdə tək ayaqqabı ilə küçədə, bayırda və s. yerlərdə gəzmək İslam əxlaqında bəyənilmir.

 عَنْ أَب۪ي مُوسٰى الْأَشْعَرِيِّ  قَالَ: اِحْتَرَقَ بَيْتٌ بِالْمَد۪ينَةِ عَلٰى أَهْلِهِ مِنَ اللَّيْلِ. فَلَمَّا حُدِّثَ رَسُولُ اللّٰهِ  بِشَأْنِهِمْ قَالَ: «إِنَّ هٰذِهِ النَّارَ عَدُوٌّ لَكُمْ فَإِذَا نِمْتُمْ فَأَطْفِئُوهَا»

Əbu Musa əl-Əşari (r.a.) nəql edir:

“Mədinədə gecə vaxtı bir ev sakinləri qarışıq yandı. Bu hadisə barədə Allah Rəsuluna (s.ə.s.) xəbər verdilər. Rəsulullah buyurdu: “Bu od var ha, sizin qəflət, unutqanlıq anınızdan istifadə edən düşməninizdir. Gecə yatarkən onu söndürün”. [Buxari,  İstizan 49; Müslim, Əşribə 101]

 عَنْ مَسْرُوقٍ قَالَ: دَخَلْنَا عَلٰى عَبْدِ اللّٰهِ بْنِ مَسْعُودٍ  فَقَالَ: يَا أَيُّهَا النَّاسُ مَنْ عَلِمَ شَيْئًا فَلْيَقُلْ بِهِ وَمَنْ لَمْ يَعْلَمْ فَلْيَقُلْ: اَللّٰهُ أَعْلَمُ فَإِنَّ مِنَ الْعِلْمِ أَنْ يَقُولَ لِمَا لَا يَعْلَمُ: اَللّٰهُ أَعْلَمُ. قَالَ اللّٰهُ تَعَالٰى لِنَبِيِّهِ : {قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّف۪ينَ}

Tabiun alimlərindən Məsruq rəvayət edir:

“Abdullah ibn Məsuda (r.a.) baş çəkmişdik. Bizə tövsiyələr verdi: “Dostlar! Bir şey bilən bildiyini söyləsin, bilməyən də “Allahu aləm (Allah bilir)” desin. Çünki insanın bilmədiyi mövzularda belə deyib acizliyini etiraf etməsi də elmdir. (Belə ki, mövzu ilə əlaqədar) Allah-Təala Peyğəmbərinə belə buyumuşdur: “(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!” {“Sad” surəsi, 38/86} [Buxari, Təfsiru surə 30, 38/3]

İzah: Abdullah ibn Məsud həzrətlərinə “Duxan” surəsinin 10-cu ayəsini öz rəyi və şəxsi düşüncəsinə görə şərh edən bir adam haqqında şikayət etmişdilər. O da insanın bilmədiyi mövzularda susmasını nəsihət etmiş və bununla bağlı “Sad” surəsi 86-cı ayəsini dəlil gətirərək Peyğəmbərimizin (s.ə.s.) də Uca Allah tərəfindən Ona təbliğ ediləni çatdırdığını, bundan əlavə, bir şey söyləməyi uyğun görmədiyini bildirmişdir.




Bənzər məqalələr

Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Fitrə pulla yoxsa mal ilə verilməlidir?

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?

Fitrənin miqdarı

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir.

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.


Şərh yaz