8. 449 dəfə oxunub ,   0 şərh   Çap et

Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[4] Ayrıca fitrə haqqında Peyğəmbərimizdən (s.a.s.) rəvayət edilən hədislərin bəzilərində “böyük-kiçik”, “varlı-kasıb”[5] əlavələri vardır. Məhz bu hədisləri əsas götürən – hənəfilər istisna – üç məzhəb imamının fikrincə, fitrə düşməsi üçün zəkatdakı kimi nisab miqdarı mala malik olmaq  vacib deyil. Yəni ev, ev əşyası və zəruri ehtiyaclara malik olub bir günlük yeməkdən daha çoxuna imkanı çatan adam həm öz adından, həm də dolanışığını təmin etməklə mükəlləf olduğu şəxslərin əvəzinə fitrə verməlidir.

Hənəfi məzhəbinə görə isə, fitrədə də zəkat kimi nisab miqdarı malın olması şərtdir. Ancaq burada nəzərdə tutulan nisab miqdarı zəkatın nisabından bir az fərqlənir. Belə ki, fitrədə sözügedən mala gəlir gətirən ticarət əmtəəsi olması və üstündən bir il keçməsi kimi şərtlər qoyulmur. Nəticə olaraq, zəruri ehtiyaclarından savayı, 200 dirhəm (595 qram) gümüş və ya bu dəyərdə pula, əşyaya sahib olan hər bir müsəlman fitrə ver­məklə mükəlləfdir.[6]

Başqa sözlə desək, Hənəfi məzhəbinə görə, bu imkana malik bir müsəlmanın zəkat alması haram, fitrə verməsi və qurban kəsməsi isə vacibdir. Eyni zamanda bu kimi müsəlmanlar övladlarının (qız-oğlan fərqi yoxdur) malları varsa, onların malından, yox­dursa, öz malından uşaqlarının da yerinə fitrə verməlidirlər. Evli qadınlara gəldikdə isə, onlar da fitrələrini, Hənəfi məzhəbinə görə, özləri ödəməklə mükəlləfdirlər. Digər üç məzhəbə görə isə, fitrə nəfəqəyə daxildir və qadınların fitrəsini ərləri verməlidir.

Ruhi xəstə olan uşaqların fitrəsi atanın öhdəsinə düşür. Baba həm də ata sayılır. Dolayısilə, nəvələrinin fitrələrini vermək (əgər uşaqların atası vəfat edibsə) babalara vacibdir.

Əlində fitrə nisabı qədər malı olan şəxsə – qaytarılma vaxtı məlum olan borcu olsa, hətta borcu əlində olan mal qədər, və ya ondan çox olsa belə, – fitrə vermək vacibdir. Lakin borcu təcili qaytarmalıdırsa, birinci borcunu verməlidir. Bu halda fitrə vermək onun üçün vacib olmaz.

Xülasə, ümumiləşdirmə aparmalı olsaq, bir insan dolanışığını təmin etməklə mükəlləf olduğu kiçik, böyük, azad, və ya kölə hər kəsin əvəzinə fitrə verməyə borcludur.

Fitrədə nisab miqdarının bu dərəcədə aşağı götürülməsi, hətta nisab şərtinin qoyulmaması göstərir ki, bu ibadət bir günlük ye­məyə imkanı çatandan varlılara qədər əksər insanlara ildə bircə gün də olsa, əl tutmağın izzətini, yardım etməyin ləzzətini yaşatmaq qayəsinə xidmət edir. Fitrə həmçinin cəmiyyətdə sosial ədalətin bərqərar olmasında və möhkəmlənməsində mühüm rol oynayır.


 [1]  Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.

[2]  Əbu Davud, “Zəkat”, 18.

 [3]  Vəhbə Zuheyli, “İslam Fiqhi Ensiklopediyası”, 3/384.

 [4]  Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.

 [5]  Əbu Davud, “Zəkat”, 19 Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.

 [6]  əl-Mərğinani, “Hidayə”, 1/115.




Bənzər məqalələr

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Fitrə nə vaxt verilir?

İbn Ömərin nəql edir: Peyğəmbərimiz (s.ə.s.) fitrəni bayram namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir.

Körpələrə fitrə düşürmü?

Sual: Həyat yoldaşım altı aylıq hamilədir. Ramazan ayının sonuna yaxınlaşırıq. Mən körpəmiz üçün fitrə verməliyəm?

Daha dünyaya gəlməmiş körpənin adına fitrə vermək vacib deyildir.

Fitrə pulla yoxsa mal ilə verilməlidir?

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir?


Şərh yaz