8. 424 dəfə oxunub ,   3 şərh   Çap et

Sual: Həyat yoldaşım beş aydır hamilədir. Həkim ultra səs müayinəsinin nəticəsinə görə doğulacaq körpədə zəka qüsuru olacağını bildirdi və uşaq dünyaya gəlsə belə çox yaşamayacağını qeyd etdi. Bizlərə onsuz da qüsurlu doğacaq deyə uşağı aldırmağa məsləhət gördü. Qohum-əqraba da bu haqda bizə təzyiq göstərir. Görəsən ana bətnindəki fiziki qüsurlu körpə abort etdirilə bilərmi?

Elmi-texniki tərəqqi bizi bir çox cavabsız suallarla qarşı-qarşıya qoydu. Həmin suallardan biri də, hamiləlik vaxtı fiziki qüsurları (texnologiyanın nailiyyətlərindən olan ultrasəs müayinəsi ilə) təyin olunan körpələrlə bağldır.

Burada fiziki qüsur deyəndə hamiləlik dövründə ananın həyatı üçün təhlükəli olan, dünyaya gəldikdən sonra isə ana bətnində inkişafını tamamlaya bilmədiyinə görə fiziki və ya zehni qüsurları olan körpələr nəzərdə tutulur.

Demək olar ki, bütün valideynlər (qız və ya oğlan övladdan) daha çox sağlam övlad sahibi olmaq istəyirlər. Hamiləlik dövründə aparılan periodik müayinələr zamanı ortaya çıxan hər hansı mənfi nəticə valideynlərə də pis təsir edir. Elə düşünürlər ki, dünyaya gələcək körpə onlara xoşbəxtlik deyil, kədər və üzüntü gətirəcək. Və bütün ömrü boyu valideyn himayəsinə möhtac olacaq.

Həyata “gülək, əylənək və dünyadan kam alaq” düşüncəsi ilə baxanlar, onu sadəcə müvəqqəti dünyadan ibarət görən insanlar belə vəziyyətlə qarşılaşan valideynə: “Belə övlada sahib olmaqdansa, abort elətdir və canını bu bəladan qurtar”, deyə “məsləhət” verirlər. Amma dünyanın imtahan yeri və axirətin tarlası olduğunu bildirən İslam dini məsələyə tamamilə fərqli aspektdən yanaşır.

Abort xarici müdaxilə nəticəsində rüşeymin (doğulacaq körpənin) ana bətnindən götürülməsidir. Burada iki mühüm sualla qarşılaşırıq: 1. Cənin (doğulacaq körpə, rüşeym) insandır və ya Quranın ifadəsilə desək, nəfsdir?

Sizi tək bir nəfsdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik”[1]. ayəsindəki “nəfs” kəlməsi ana bətnindəki formalaşma mərhələsinə də aiddir. İslam alimlərinin ortaq qənaəti belədir. “Dünyaya gəlməmiş körpəyə mirasdan pay düşürmü?”, “Qəsdən uşaq salmanın cəzası nədir?” kimi sualların hüquqi (şəri) cavabları “Ana bətnindəki körpə nəfs – insandır” prinsipinə əsasən verilmişdir.

İkinci suala gəlincə; “Cənin (doğulacaq körpə) hamiləliyin hansı mərhələsindən sonra insan sayılır?” Əsas məsələ bu sualın cavabındadır. Aborta səbəb olan bir çox məsələnin isnad nöqtəsi də buradadır.

İslam alimləri öz dövrünün tibb biliklərisəviyyəsinə uyğun olaraq bu mövzuda müxtəlif fikirlər irəli sürmüşlər. Bəzi alimlər cənini (doğulacaq körpəni) “ruhun üflənməsi”ilə bağlı hədisə əsaslanaraq 120-ci gündən sonra, bəziləri isə mayalanmanın baş verdiyi andan etibarən nəfs adlandırmışdır. Nəfs (can) İslamın qorumağı əmr elədiyi beş əsasdan biri olaraq yaşamaq haqqını daşıdığı üçün mühüm əhəmiyyət kəsb edir.

Buna əsaslanaraq birinci fikrə görə, döllənmədən etibarən, ikinci fikrə görə isə 120-ci gündən sonra cənini abort etmək olmaz. Çünki, artıq o, nəfsdir, yəni insandır. Yaşama haqqı vardır və bu təbii haqqı ona Yaradan Rəbbimiz vermişdir. Həmin haqqı onun əlindən almağa heç kimin – valideyn, həkim və s. – haqqı yoxdur. Cəninin yaşama haqqına riayət eləməmək ona qarşı cinayət işləmək deməkdir. Bir körpəni dünyaya gələndən sonra öldürməklə ana bətnində öldürmək arasında heç bir fərq yoxdur. Hər iki cinayəti işləyən(lər) qatil hesab olunur.

Abort etdirməyə ancaq bu şərtlərdə icazə verilmişdir: əgər ananın həyatını itirmək təhlükəsi varsa, o təqdirdə – doğuma saatlar qalsa belə – tibbi diaqnoz əsasında iki candan birini seçirlər.

Ayrıca hamiləlik dövrü daha baş çatmamışdır. Kim bilir, bəlkə İlahi inayə fərqli təcəlli edəcək və uşağın inkişafı normal şəkildə davam edəckdir. Ona görə də, tam bir təslimiyyət içərisində Allaha təvəkkül etməli və dua edərək Onun haqqımızdakı təqdirinə razı olmalıyıq.


[1]Ənam, 6/98.




3 şərh yazılıb
  1. Rizvan , 11/02/2014 tarixində, saat 14:02

    Salamun Aleykum,
    3-4 ay bundan qabaq buna uyğun bir hadisə eşitdim. Uzaq qohumlardan birisi üçün də eyni hadisə baş vermişdir, belə ki, həkimlər uşağın qüsurlu doğulacağını bildirdikdən sonra hamilə qadının yaxınları uşağı abort etdirməyi məsləhət görüblər. Lakin ana buna razı olmayıb. Nəticə etibarı ilə dediklərinin əksinə sağlam bir uşaq dünyaya gəlib…
    Müəllifin də qeyd etdiyi kimi:
    Kim bilir, bəlkə İlahi inayə fərqli təcəlli edəcək və uşağın inkişafı normal şəkildə davam edəckdir. Ona görə də, tam bir təslimiyyət içərisində Allaha təvəkkül etməli və dua edərək Onun haqqımızdakı təqdirinə razı olmalıyıq…

  2. boncuq , 04/04/2014 tarixində, saat 16:04

    he. boyuk insani oldurmek nece gunahdisa korpeni oldurmek de ele gunahdi,ayibdi,vicdansizliqdi.onunda yashamaga haqqi var qusurlu olsada.

  3. Niyaz , 10/04/2014 tarixində, saat 06:04

    Çox təşəkkür edirəm. Aktual mövzu haqqında məlumat almağımıza vəsilə olduğunuza görə…

Şərh yaz