2. 705 dəfə oxunub ,   0 şərh   Çap et

 Sual:əl-Kəhf, 18/86 ayəsi Zülqərneynin günəşin isti və palçıqlı bir bulaq suyunda batdığını gördüyünu ifadə edir. Yer kürəsindən min dəfələrlə böyük olan Günəş bir bulaqda necə bata bilər?

Quran ayələri hər kəsin anlayacağı bir ifadə tərzi ilə, təşbeh və təmsillərlə məqsədi bəyan edər. “Quran” Zülqərneynin görməsi ilə məsələni ələ almış, Atlantik Okeanının sahillərində yay mövsümuündə istiliyin şiddəti ilə dəniz suyunun buxarlandığı əsnada günəşin qürubunu ifadə etmişdir. Ədəbi baxımdan gözəl bir mənzərə rəsmi təsvir edir. Eyni zamanda Zülqərneynin səyahətinin qərb tərəfinə və yay mövsümündə ol duğunu, həm də bütün Afrikanı bütövlükdə əhatə etdiyini qısaca və gözəl bir üslubla ifadə etmişdir.

Burada məqsəd günəşin dənizdən kiçik olduğunu demək deyil. “Quran”, Zülqərneynin qürub çağında günəşi seyr etməsini təsvir edərək bəzi həqiqətləri ifadə edir. Məsələn, biz də “Yol ilə gedərkən qarşımıza dağlar çaxıldı. Bir dağ başını çıxartdı. Bizi tərk edib gedən dağlardan sonra bir də görduk ki, axşama yaxın sahilə yaxınlaşmışıq. Artıq Günəş bir qan çanağında batırmış kimi dənizə qürub edirdi” deyərkən bugünkü astronomik məlumatlarımıza görə, günəşin dənizə sığmayacağını bildiyimiz halda, zahirən gördüyümüzə uyğun olaraq bu ifadələrdən istifadə edirik. Bu ayə elmi bir həqiqətə də işarə edir, çünki ayədə “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü.” (əl-Kəhf, 18/86) -deyilir. Əgər “Quran”ın nazil olduğu yer olan Məkkə meridianı əsas qəbul edilərsə, günbatan 90 dərəcə qərb meridianı olar. Bu da Saraqqossa dənizinin olduğu yerdir. O Saraqossa dənizi ki, cənubi Avropanı isidən Qolfstrim isti su cərəyanının əmələ gəldiyi yerdir.

Məsələyə bir də Ərşi Əzəmdən (ən yuksək yer olan Allahın qatından) nazil olmuş bütün kainatı və içindəkiləri nəzərə alan “Quran” yönündən baxmaq lazımdır, çünki o, sadəcə bizim və Zülqərneynin baxışı ilə baxmaz. Səmalara baxaraq gəldiyindən dünyaya bəzən meydan, bəzən saray, bəzən beşik, bəzən səhifə deyir. Onun zaman məfhumu da bizimkindən fərqlidir. Çünki bəzən bir gün deyər, bu günün bizə görə min il olduğunu söyləyər, bəzən də tək bir “Quran” gününün, bizim ölçülərimizlə 50 min ilə bərabər olduğunu ifadə edər. Məhz bu baxımdan Cənabi-Haqqın bir mehmanxanası

olan dünyada lampa vəzifəsini görən günəş üçün “Quran”ın, Atlantik okeanı kimi bir bulaqda batır deməsi tamamilə həqiqətə uyğundur. Həm də uzaqdan baxılanda böyük bir dəniz kiçik bir hovuz kimi görünür. Səmavi gözlər də günəş və dənizi elə görürlər.

 



Açar sözləri

günəş

Bənzər məqalələr

Günəşin elçiləri

Bizlər Günəşin elçiləriyik. Bizim vəzifəmiz kainatın yaradılışı əsnasında Günəşdə depolanan enerjini dünyaya çatdırmaqdır. Günəşin mərkəzində fizyon adlandırılan nüvə parçalanması və ya birləşməsilə müşayiət olunan nüvə reaksiyası zamanı, dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir.


Şərh yaz