Milçəkləri bir-bir öldürməkdənsə, ən yaxşısı, bataqlığı qurut. Günahları işləyib sonra da onlardan bir-bir uzaqlaşmaqdansa, ən doğru yol günaha gedən yolları bağlayıb günah işləməməkdir.
Günahlardan qorunmaq üçün fərdi və ictimai tədbirlər görmək vacibdir. Fərd olaraq aşağıdakı tədbirləri görə bilərik:
Bacardıqca tək qalmamalı.
Günahların göz açmasına imkan verməməli, boy atmamış kökündən çıxarıb atmalı.
Günah əməllərdən çəkindirən xeyirxah insanlarla dostluq etməli.
Günaha əlverişli yerlərdən uzaq olmalı.
Hər an zikr, təsbeh və s. çəkməklə Allahı xatırlamalı.
Günaha meyil edib fasid dairəyə düşməməli.
Qeybətin, böhtanın, təhqirin, mənəm-mənəmliyin – xülasə günahın meydan suladığı məclisləri tərk etməli.
Peyğəmbərimizin tövsiyəsinə əməl edərək oruc tutmaqla nəfs tərbiyəsi ilə məşğul olmalı.