3. 018 dəfə oxunub ,   0 şərh   Çap et

Həyat hekayəmə haradan başlayım heç özüm də bilmirəm. Ən yaxşısı yaradıldığım andan başlayaq. Mən işıq zərrəciyi (hissəciyi) fotonam.[1] Yaradıldığım yer Günəşin mərkəzidir. Yaradıldığım yerdə istilik 15 milyon dərəcədir. Kainat yaradılarkən, Yaradan Rəbbimizin hidrogen atomunda depoladığı enerjidən əmələ gəldim.

Günəşin başlıca vəzifələrindən biri də yer kürəsini isitmək və ona enerji verməkdir. Bizlər Günəşin elçiləriyik. Bizim vəzifəmiz kainatın yaradılışı əsnasında (13 milyard 700 milyon il öncə) Günəşdə depolanan enerjini dünyaya çatdırmaqdır. Günəşin mərkəzində fizyon adlandırılan nüvə parçalanması və ya birləşməsilə müşayiət olunan nüvə reaksiyası zamanı, dörd ədəd hidrogen atomundan bir ədəd helium atomu əmələ gəlir.

4 hidrogen atomunun kütləsi = 4×1,6726×10−24 qr (yəni 6,6904×10−24 qr); 1 helium atomunun kütləsi isə, 6,6447×10-24 qr-dır. Diqqət edəndə görmk olur ki, 1 helium atomunun kütləsi 4 hidrogen atomundan bir az azdır. Aradakı fərqi hesablasaq: 6,6904×10−24 qr – 6,6447×10-24 qr = 0,0457×10-24 qr. Çox az kimi görünən bu kütlə fərqindən Allahın əmri ilə çox böyük bir enerji əmələ gəlir. Bu enerjidən biz və qohumlarımız olan neytronlar yaradılır.

Rəbbimiz bizi kainatın ən sürətli zərrəciyi olaraq yaratmışdır. Bu sürətlə biz saniyədə 300 min km qət edirik. Olduqca sürətli olmağımıza baxmayaraq Günəşin mərkəzində sıxlıq çox yüksəkdir. Bu sıxlıq, suyun sıxlığından (1q/cm3-dan) 150 dəfə çoxdur. Buna görə də əgər bir neçə milli metr (mm) yol qət etsək  hidrogen və yaxud helium atomu ilə toqquşuruq. Onlar bizi udur, lakin tezliklə sərbəst buraxırlar. Ancaq bir neçə mm sonra başqası ilə toqquşuruq. Onlar da bizi udur və dərhal buraxırlar. Hər addım başı bir  başqa toqquşma bizi gözləyir. Hər toqquşmada enerjimiz azalmağa başlayır. Ömrümüzün çoxu – bəlkə 100 min ili ˗ burada keçir.

Əgər biz bu saysız-hesabsız toqquşmalar olmadan ordan birbaşa ayrılsaydıq dünya bir anda qovurulardı. İlk dəfə yaradılarkən çox yüksək enerjiyə malik olan bizlər, toqquşmalarla sizləri isidən, gözlərinizə nur olan, enerjisi az milyonlarca işıq hissəciyinə çevrilirik.

Günəşdə bizdən olduqca çox yaradılır. Hətta hər saniyə 4 milyon kütlə enerjiyə çevrilir. 5 milyard yaşındakı Günəşdə indiyəcən yer kerəsinin təxminən 100 qatı ağırlığında maddə enerjiyə çevrilmişdir.
Günəşin mərkəzində yaradıldığımızdan yuxarıda bəhs etmişdim. Mərkəzdən mərhələ-mərhələ Günəşin səthinə doğru, fotosferə[2] çatırıq. Mərkəzdən uzaqlaşdıqca enerjimiz azalır, sayımız artır və temperaturumuz 5.800°C dərəcəyə qədər düşər. Bu sizə yüksək görünə bilər, xatırladım ki, bizlər 15 milyon °C istilikdə yaradılmışıq.

Günəşin mərkəzindən fotosferə qədər olan təxminən 700 min km-lik yolu yüz min ildə qət edirik. Fotosferdə maddələrin sıxlığı olduqca azdır. Bu sıxlıq dəniz səviyyəsindəki atmosferin yüzdə biri qədərdir. Artıq buradan toqquşmadan çıxırıq. Dünyaya çatmaq üçün önümüzdə 150 milyon km məsafə var. Günəşin daxilindəki toqquşmalar sürətimizə mane olurdu. İndi isə artıq həmin sürəti göstərmə zamanı gəlmişdir. Bu uzun məsafəni 8,5 dəqiqəyə qət edərək dünyaya tərəf gəlirik. Aramızda zərərli olan yüksək enerjili bir xeyli dostlarımız vardır. Ozon təbəqəsi bunları ayırd etmək üçün yaradılmışdır. Zərərli olmayanlarımız 100 km-lik atmosferinizi saniyənin onda biri qədər qısa müddətdə aşaraq yer üzünə enir. Artıq daşıdığımız enerjini sizə çatdırmaq vaxtı gəlib çatıb.

Hərənin öz işi var. Bir hissəmiz dünyanı isidir, digər hissəmiz də Rəhmət damlaları olan yağışlar yağsın deyə dənizlərdəki suyu buxarlandırır. Bunlardan əlavə bir çox işlər görürük. Əsas vəzifəmiz isə bitkilərin yarpaqlarındakı xlorofil[3] dənəcikləri tərəfindən udularaq tənəffüs etdiyiniz oksigendə və yediyiniz qidalardakı enerjini təmin etməkdir.

Bu yazını oxuyarkən sərf etdiyiniz enerji, bəlkə də günorta yediyiniz ətli noxudun verdiyi enerjidir. Unutmayaq ki, həm ətini yediyiniz heyvanın bəsləndiyi otdakı, həm də noxuddakı enerjini biz Günəşin mərkəzindən gətiririk. Milyonlarca il əvvəl gələn qardaşlarımız bitkilərin yarpaqlarına enerji daşımasaydılar uzun müddət torpaq altında qalaraq gündəlik istifadə etdiyiniz avtomobil yanacağına çevrilən neft əmələ gələrdimi? Rəbbimiz bizləri (işıq zərrəciklərini) maddədə toplanan enerjini, həyat və sağlamlığınız naminə  sizlərə çatdırmaqla vəzifələndirmişdir. Siz düşünüb ibrət alasınız deyə bizlər vəzifəmizi nöqsansız yerinə yetiririk. Bir dəfə eməyə oturarkən, təxminən 100 min il öncə, Günəşin mərkəzində nüvə parçalanması zamanı 15 milyon 0C-də bişmiş, zamanla soyumuş, insanın istifadəsinə uyğun enerjiyə çevrilmiş bir qidanı  yediyinizi düşünün.

Murad Çələbi 


[1]Foton (photon) – işıq zərrəciyinin elmi adıdır. Dörd fundamental qüvvədən biri olan elektromaqnetik qüvvə daşıyıcısıdır. Bosonlar qrupuna aiddir. Kütləsizdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur.

[2]Günəşin səthi (Fotosfer) – Fotosfer işıqlı kürə deməkdir. 500 km qalınlığındadır.

[3] Bitkilərdə yarpaqlara, zoğlara yaşıllıq verən və onların karbon turşusunu mənimsəməsinə kömək edən rəngləyici maddə.



Açar sözləri

foton günəş

Bənzər məqalələr

Günəşin bulaqda batması

Quran ayələri hər kəsin anlayacağı bir ifadə tərzi ilə, təşbeh və təmsillərlə məqsədi bəyan edər.


Şərh yaz