2. 148 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Bu gün bəzi bina evlərində tuvaletlərin hamamla bir yerdə olduğunu görürük. Belə olan təqdirdə hamamda dəstəmaz və ya qüsl zamanı niyyət etmək və dəstəmaz dualarını oxumaq nə dərəcədə doğrudur?

Cavab: Dəstəmaz və ya qüsl alarkən əsas olan niyyətin qəlblə edilməsidir. Dəstəmaz dualarını oxumaq isə dəstəmazın ədəbləridir və hər şəxs bunu oxuyub-oxumamaqda sərbəstdir. Hamamda dəstəmaz alarkən bu duaları oxumaq istəyən kəs özünün eşidəcəyi qədər oxuması caizdir.

Dr. Anar Qurbanov



Açar sözləri

hamamda dua oxumaq

Şərh yaz