13. 140 dəfə oxunub ,   4 şərh   Çap et

Qurani-Kərimin “Ğafir/Mümin” surəsini 60-cı ayəsində Uca Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” – buyurur. Rəbbimiz gizli və ya açıq edilən bütün duaları eşidir. O, əllərini açaraq səmimi qəlbdən “Allahım!” deyib Ona pənah gətirən bütün qullarını: “Buyur, ey qulum!”– cavabı ilə qarşılayır. Lakin cavab vermək başqa, qəbul etmək isə başqadır. Bəzən duamızı dərhal qəbul edib istədiyimizi verir. Bəzən də istəklərimizin zamanı hələ gəlmədiyinə görə onları təxirə salır. Bəzən də bizim istədiyimizi deyil, bizim üçün daha xeyirli olanı verir. Bunu aşağıdakı misalla daha yaxşı başa düşmək olar:

Tutaq ki, xəstələnmişik və xəstəxanada yatırıq. Həkimə: “Həkim, bir dəqiqə olar?”– deyə müraciət edirik. O da bizə: “Buyurun, nə istəyirsiniz?” – deyir. Biz də ondan paxlava istəyirik, amma həkim bizə paxlava yerinə acı bir dərman verir, çünki paxlava yesək, xəstəliyimiz şiddətlənəcək. Sağalmaq üçün şirniyyata deyil, dərmana ehtiyacımız var. İndi biz bu vəziyyətdə: “Həkim bizimlə maraqlanmadı, istəklərimizə laqeyd yanaşdı”, – deyə bilərik? Eyni ilə bunun kimi Allah da gizli və ya açıq – bütün dualarımızı eşidir və bizə ən gözəl şəkildə cavab verir…

Ancaq bu cavab bəzən eynilə istədiyimiz kimi olur, bəzən də ondan daha yaxşı. Məsələn: biz Allahdan bağlı-bağçalı gözəl bir ev istəyirik. Bizi bizdən də çox sevən Sonsuz Mərhəmət Sahibi Rəbbimiz bizə cənnətdə bir köşk hazırlayır. Belə  bir vəziyyətdə “Allah mənim duamı qəbul etmədi” demək düzgün çıxarmı? Əksinə: “Rəbbim mənim üçün daha xeyirli olanı verdi”, – deyərək şükür etməli deyilikmi?

Bu yerdə bir mühüm məqamı da vurğulamaq faydalı olardı. Əgər bir hədəfə çatmaq istəyiriksə, əvvəlcə bunun üçün əlimizdən gələni etməliyik. Bu, eyni zamanda bizim səmimiyyətimizi göstərir. Məsələn: bir imtahandan uğurla keçmək və ya bir işdə müvəffəqiyyət qazanmaq istəyiriksə, planlı və sistemli şəkildə çalışmalıyıq. Bu da bir növ duadır. Və bu şəkildə işlə, hərəkətlə edilən dualara feli dualar deyilir. Əlimizdən gəldiyi qədər çalışdıqdan sonra əllərimizi açıb qəlbən və inanaraq: “Allahım, planlı və sistemli şəkildə müntəzəm çalışdım. Mən əlimdən gələn qədər səy göstərdim, nə olar, məni bu xeyirli işdə müvəffəq eylə,” – deyə dua edirik. Bu cür sözlə edilən dualar da qövlü (sözlə) dua adlanır. Bir bağban təsəvvür edək. Bu bağban istəyir ki, bağında bol bəhrəli alma ağacı olsun. Onun bağa bir alma tingi əkib sonra da gübrə, su vermədən: “Allahım, mənə bol bəhrəli bir alma ağacı ver”, – deyə dua etməsi düzgündürmü? Elə isə qövlü duadan əvvəl feli dua etməli, sonra da aləmlərin Rəbbi olan Allahdan yardım istəməliyik.

Dua, əslində, namaz kimi bir ibadətdir. Hətta o, bütün iba­dətlərin və qulluğun əsası, mayasıdır. Dua edən bilir və inanır ki, ən tənha yerlərdə, ən qatı qaranlıq zamanlarında belə onu eşidən və hər an nəzarət edən bir uca Yaradan var. O, elə bir Yaradandır ki, hər şeyə gücü yetər. Mərhəməti, şəfqəti sonsuzdur. Bizi heç vaxt və heç yerdə çarəsiz və sahibsiz qoymaz. O qapıya səmimi qəlbdən üz tutan qullarını əsla əliboş qaytarmaz. Hamı bizi tərk etsə belə, O, əsla tərk etməz. Duanın, bəlkə də, ən önəmli faydası bu inamdır ki, bizə böyük bir güc və yüksək əhvali-ruhiyyə verir. Bu inancın sayəsində heç vaxt ümidsizliyə qapılmırıq. Bir sözlə, dua həm çox xoş, ləzzətli bir qulluq vəzifəsi, həm də tükənməz güc və yüksək əhvali-ruhiyyə mənbəyidir.

Rəbbimiz bizi belə böyük nemətdən məhrum etməsin!

 



Açar sözləri

dua qəbul olmayan dua

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


4 şərh yazılıb
  1. nurane , 05/02/2014 tarixində, saat 06:02

    Dualari qebul edir yaradan,ancaq herden ele haqsizliqla uzlesirsenki,dusunursen Allah seni unudub.sene pislik edenin heyati cox gozel olur seni tehqirde edir. Onu Allaha tapsirirsan,onun seviyyesine enmek istemirsen,amma Allahtaala onun cavabini vermir. Mense yenede dua edirem,Allahdan umidimi uzmurem,bir gun onun cavabini verer.

  2. ziya adisov , 16/06/2014 tarixində, saat 15:06

    ne bilim demeye sozum yoxdu ALLAHIM uca yaradan hamiya en yaxsisin qismet elesin biz qullarida onun icinde

  3. ceyla , 02/07/2014 tarixində, saat 01:07

    Allahim hakkimizda hayirli neyse onu nasib et…

  4. sevinc , 23/08/2014 tarixində, saat 13:08

    Allah hamınızın dualarını qəbul etsin. Hamıya rəhm eləsin. Amin.

Şərh yaz