Haram qəti şəkildə edilməsi qadağan olan işlərə deyilir. Ticarətdə də haram yollarla gəlir qazanmaq Qurandakı “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”(Bəqərə 2/188) əmrə və Peyğəmbərimizin (s.ə.s) “Bizi aldadan bizdən deyildir” (Müslim, İman, 164) hədisinə əsaslanır.
İslam hüququnda tövsiyə edilən halal qazanc yolları bunlardır:
İstehsal-istesalçı məhsulunu sataraq və ya dəyişərək pul qazanar
Xidmət-işçi və ya məmur hər hansı bir müəssisədə, qurumda işləyər və işinin müqabilində maaş alar
Miras yoluyla əldə edilən mal
Hədiyyə-bir dostun hədiyyəsi və ya vəsiyyəti
Ov edərək
Kişinin həyat yoldaşına verdiyi mehir
Kasıbların alıdığı zəkat, fitrə və sədəqə
Hər hansı mənfəət qarşılığında əldə olunan gəlir-kirayə ev vermək kimi
Mükafat
Qənimət və s.
Unutmayaq ki, bərəkət halal qazancdadır.
Bunların xaricində rüşvət alıb-vermək, faiz, sələm, yetim malı yemək, ticarətdə və çəkidə aldatmaq, içki, qumar, zina, narkotik ticarəti, oğurluq, başqasının malını qəsb etmək, sehrlə məşğul olmaq, insanları aldadaraq pul qazanmaq kimi yollarla əldə edilən gəlir (qazanc) haram sayılır. Həmçinin bura şübhəli qazanc yollarını da əlavə edə bilərik.