6. 698 dəfə oxunub ,   0 şərh   Çap et

Hökmünə görə həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir. Yarımçıq qalan həcc ibadətinin qəzasını etmək də vacibdir. Fərz və vacibdən əlavə edilən həcc isə nafilədir. Həccə getməkdə mükəlləf olmayan uşaqların etdiyi həcc birdən artıq edilən həcc (birincidən sonrakı) nafilə həcdir.

Yerinə yetirilmə baxımından həccin növləri

İfrat həcci

Təməttü həcci 

Qıran həcci

İfrat həcci

Ümrəsiz edilən həccə ifrat həcci deyilir. Həcc aylarında həcdən öncə ümrə etməyib sadəcə həccə niyyət edərək həcdə edilən ibadətləri yerinə yetirmək. İfrat həcci edənlər Həcc mənasikini (ibadət ediləcək yerlər. İbadət ədəb və üsulu) bitirdikdən sonra dilədiyi qədər ümrə edə bilər. İfrat həccində  qurban kəsmək vacibdir.

Təməttü həcci

Həcc aylarında ümrə edib ehramdan çıxandan sonra həmin il olmaq şərti ilə həcc niyyəti ilə yenidən ehrama girərək həcci ədəb və üsuluna uyğun yerinə yetirmək.

Təməttü həcci etmək istəyənlər əvvəlcə sadəcə ümrə niyyəti ilə ehrama girirlər. Ümrədən sonra taraş olunub ehramdan çıxır və Ərəfədən bir gün əvvəl, yəni tərviyə günü də həcc niyyəti ilə təkrar ehrama girir və həccini üsul və dəbinə uyğun yerinə yetirir.

Təməttü həcci edənlərə “şükür qurbanı” kəsmək vacibdir.

Qıran  həcci

Qıran həcci – həcc aylarında ümrə ilə həccə birlikdə niyyət edərək həcc və ümrəni bir ehramda birləşdirməkdir.

Qıran həcci edənlər mikat (ehrama girmə yeri və zamanı) sərhədində ümrə və həccə eyni vaxtda niyyət edib ehrama girirlər. Məkkəyə gələndə əvvəlcə ümrə edir, həcc əsaslarının yerinə yetirildiyi günə qədər ehramlı olaraq gözləyirlər. Həmin ehramla da həcci yerinə yetirdikdən sonra ehramdan çıxırlar.

Təməttü həccində olduğu kimi, Qıran həccində də “şükür qurbanı” kəsmək vacibdir.

Təməttü və Qıran həccinin şərtləri

*Həcc edən afaqi (Harəm və Hill bölgələrindən deyil, başqa yerlərdən gələn) olmalıdır. Harəm və Hill bölgələrində, mikat (ehrama girmə yeri və zamanı) hüdudları daxilində yaşayanlara Təməttü və Qıran həcci etmək ümumi qənaətə görə caiz deyildir. Bunlar sadəcə İfrat həcci edə bilərlər.

*Ümrə və həcc eyni ilin həcc aylarında edilməlidir. Əgər Ümrə həcc ayları gəlmədən yerinə yetirilmişsə, edilən həcc Təməttü və ya Qıran deyil, İfrat həcci olur.

*Həcc aylarında ümrə edəndən sonra “səhih ilmam”a yol verilməməlidir. Səhih ilmam ümrəni edəndən sonra vətənə dönmək və ya mikat sərhədlərindən çıxmaqdır. 

Həccin bu üç növü  fəzilət baxımından belə sıralanır:

1. Qıran həcci;

2. Təməttü  həcci;

3. İfrat həcci.

Bu üç növ həcdən hansı yerinə yetirilsə, həcc fərzləri yerinə yetirilmiş sayılır.




Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”

Həccin yerinə yetirilməsini fərz edən şərtlər

Həcc ibadəti fərz olan şəxslərin bu fərzi yerinə yetirməsi üçün müəyyən şərtlər tələb olunur. Bunlar sağlamlıq, yol təhlükəsizliyi,


Şərh yaz