Mənəviyyata Açılan Pəncərə

Həccin rüknləri

Həccin rüknləri bunlardır: 

1. Ərəfat vəqfəsi 

Ərəfat vəqfəsi edilməsə, həcc səhih olmaz. Bu, Məkkənin təxminən 25 km. cənub-şərqində yerləşən və haram bölgəsi xaricində qalan, sərhədləri işarələnmiş Ərəfat bölgəsində yerinə yetirilir. Həcc zamanı  Ərəfata çıxmayan zəvvarın Həcci səhih olmaz. Çünki hədisdə də buyuruulur: “Həcc Ərəfatdır!”.

Vəqfənin səhih olmasının şərtləri:

* Həcc etmək niyyəti ilə ehramlı olmaq.

* Vəqfəni Ərəfat hüdudları daxilində və Ərəfə günü zəval vaxtından (zöhr namazının girdiyi vaxt) bayram səhəri “fəcri-sadiq”ə, yəni dan yerinin ağarmasına (səhər namazının giriş vaxtı) qədərki müddətdə yerinə yetirmək.

2. Ziyarət təvafı

Ziyarət təvafı olmadan həcc ibadəti tamamlanmır. Təvaf Kəbənin “Hacərül-Əsvəd” olan küncündən və ya eyni sıradan başlayaraq saat əqrəbinin əksi istiqamətində Kəbənin ətrafında yeddi dəfə dönməkdir. Hər dövrəyə “şavt” deyilir və 7 şavt bir təvaf sayılır.

Təvafın səhih olmasının şərtləri:

*Təvaf vaxtında edilməlidir. Ziyarət təvafına “ifada təvafı” da deyilir. Ziyarət təvafının vaxtı bayramın ilk günü səhər dan yerinin ağarmasından başlayır. Bunu ilk vaxtdan etibarən ömrün sonuna  qədər etmək mümkün olsa da, bayramın üçüncü günü günəş batana qədər yerinə yetirmək daha fəzilətlidır.

*Niyyət.

*Şavtların çoxunu etmək. Hənəfi məzhəbinə görə, şavtların ən az dördünü etmək təvafın səhih olması üçün şərtidir.

 

Exit mobile version