Mənəviyyata Açılan Pəncərə

Həccin sünnələri və ədəbləri

Həccin sünnələri

1. Qüdum (gəlmə, uzaq bir yoldan və ya yerdən gəlib yetişmə) təvafı etmək.

2.  Həcc xütbələrini dinləmək.

3. Ərəfat gecəsini Minada keçirmək.

4. Bayram gecəsini Müzdəlifədə keçirmək.

5. Bayram günlərində Minada qalmaq.

6. Muhassabda dincəlmək.

Həccin ədəbləri

*Həcc ibadəti halal pulla etmək.

*Üzərində qul haqqı olanlar haqq sahiblərinə haqqını qaytararaq halallıq almalıdır.

*Geri qayıtmama əzm və qətiyyəti ilə günahlara tövbə etmək.

*Qəzaya qalmış ibadətləri mümkün qədər qəza etmək.

*Həcc səfəri ilə bağlı məlumatlı olanlardan məlumat almaq.

*Riyakarlıqdan, gözə girməkdən, qürurdan uzaq təvazökar, ixlaslı və səmimi olmaq.

*Münasib yol yoldaşları seçmək.

*Yola çıxarkən və evə qayıdarkən iki rükət namaz qılmaq.

*Yola çıxmazdan əvvəl dost və qohum-əqrəba ilə vidalaşmaq.

*İstər səfər zamanı, istərsə də həcc müddətində heç kimlə mübahisə etməmək, heç kimin qəlbinə dəyməmək.

*Vaxtı faydasız işlərlə deyil, dua, zikr, təsbih, salavat və “Quran” oxumaqla keçirmək.

 

Exit mobile version