3. 026 dəfə oxunub ,   0 şərh   Çap et

Həccin rükn və şərtləri ilə yanaşı, vacibləri də vardır. Bunları yerinə yetirməmək həcci batil etmir. Lakin üzrsüz olaraq yerinə yetirilməməsi təhrimən (harama yaxın) məkruhdur. Həccin beş vacibi var:     

1. Səfa-Mərvə təpələri arasında səy (gedib gəlmək)

Kəbənin şərq tərəfində yerləşən Səfa və Mərvə təpələri arasında Səfadan başlayaraq Mərvədə tamamlamaq üzrə dörd gediş, üç gəliş, cəmi 7 dəfə gedib-gəlmək. Səfadan Mərvəyə hər gedişə və Mərvədən Səfaya hər dönüşə “bir şavt” deyilir.

*Səyi ehrama girdikdən sonra etmək.

*Həcc səyini həcc ayları başlandıqdan sonra etmək.

*Mötəbər bir təvafın ardınca etmək.

*Şavtların çox hissəsinin, yəni ən azı dördünün edilmiş olması.

*Səyə Səfa təpəsindən başlamaq.

2. Müzdəlifədə vəqfə

Həcdə Ərəfə günündən bayram gününə keçən gecəni Mina ilə Ərəfat arasında Harəm hüdudları içərisində, Müzdəlifə bölgəsində keçirmək sünnət, Qurban  bayramının birinci günü dan yerinin ağarmasından günəşin doğuşuna qədər orada vəqfədə olmaq isə vacibdir.

Vəqfənin səhih olmasının şərtləri:

*Həcc niyyəti ilə ehramlı olmaq.

*Ərəfat vəqfəsini yerinə yetirmiş olmaq.

*Müəyyən edilmiş məkanda, yəni Müzdəlifə hüdudları daxilində etmək. Məşari-Haram (Məşari-Haram Ərəfatla Mina arasında, Müzdəlifədə olan bir yer) yaxınlığında etmək sünnətdir.

*Müəyyən edilmiş vaxtda etmək.

3. Şeytan daşlama

Zəvvarların bayram günlərində Minada birinci gün yalnız Əqabə cəmrəsinə, digər günlərdə ardıcıllıqla Kiçik, Orta və Əqabə cəmrəsinə öncədən hazırlanmış xüsusi daşları atmasıdır. “Şeytan daşlama” günləri bayramın birinci günü dan yerinin ağarmasından dördüncü günü günəş batanadəkdir.

“Şeytan daşlama”ın səhih olmasının şərtləri:

*Cəmrələrə daşlar əllə atılmalı.

*Atılan şeylər daş, qurumuş palçıq və bu kimi  təyəmmüm edilməsi caiz olan maddələrdən olmalıdır.

*Daşlar bir-bir atılmalıdır.

*Daşlar müəyyən edilmiş yerlərə atılmalıdır, yəni daşlardan hörülmüş sütuna və ya çevrəsindəki hovuza düşməlidir.

*Atanın səyi nəticəsində daşlar  hədəfə dəyməlidir.

*Daş atmağa gücü çatan daşları şəxsən özü atmalıdır.

*Daşlar təyin olunmuş vaxtlarda atılmalıdır.

4. Saçları dibdən qırxdırmaq və ya qısaltmaq

5. Vida təvafı 

Harəm bölgəsi hüdudları daxilində yaşamayan, uzaqlardan gələn ziyarətçilərin vətənə dönməzdən əvvəl etdiyi təvaf Vida təvafı adlanır.



Açar sözləri

həcc Həccin vacibləri

Bənzər məqalələr

Borc alaraq həccə getmək

maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin tərifi və mahiyyəti

Həcc Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”


Şərh yaz