Hərflərin məxrəcləri
Lüğətdə “çıxış yeri, qaynaq” mənasına gəlir. Yuxarıda da ifadə etdiyimiz kimi təcvid elmində “hərfin çıxdığı və başqa hərflərdən ayrıldığı yerə” deyilir. Hərfləri bir-birindən ayıran ya məxrəclərdir ya da sifətlər. Məxrəc və sifətlərin tamamı yönündən eyni olan iki hərf düşünülə bilməz. Hərflərin qüvvətli olanı zəifindən, səsli olanı səssizindən, məxrəcləri eyni olan hərflərin bir-birlərindən ayrılmaları, sifətləri yolu ilə bilinir.
Qurani-Kərim hərflərinin məxrəcləri (ağız və boğazda çıxdıqları yerlər) 17 dir.
1. Ağızda havanın öz-özündən girib-çıxdığı yerdir. Buradan hərfi-mədd olan و , ى ilə ا çıxar.
ا hərəkə aldığında həmzə olur. Hərəkəsiz gələrsə əslində hərf deyil, hərfi-məddir. و , ى isə hərəkə aldıqlarında normal hərfə çevrilirlə
2. Boğazın sinəyə bitişik yerindən (أ هـ) çıxar.
3. Boğazın ortasından (ع ح ) çıxar.
- Boğazın dilə bitişik yerindən (غ خ ) çıxar.
- Dilin boğaza bitişik yerindən və (dilin) üstü ilə bərabər (ق) çıxar.
- (ق) məxrəcinin bir barmaq aşağısından (ك) çıxar.[1]
- (ك) məxrəcinin aşağısından və dilin ortasından (ج ش ى) çıxar.
- Dilin iki yanından birinin (sol və ya sağ) azı diş (dəhik) ilə daha gerisindəkilərə xəfifcə dəyməsilə (ض) çıxar.[2]
- Dilin (ön) tərəfinin üst damaqdakı dəhik (azı), nəb (köpək dişləri), rəbaiyyə (öndəki dörd diş) və səniyyə (ön) dişlərinə dəyməsilə (ل) çıxar.
- Dil ucunun üst ön dişlərinin ətlərinə dəyməsilə (ن) çıxar.
- (ن) məxrəcinin biraz arxasından (ر) çıxar.
- Dil ucu ilə üst ön dişlərinin yarısından yuxarısından (nisfi-əlasından) ( ط د ت) çıxar.
- Dil ucu ilə alt ön dişlərinin yarısı yuxarısından ( ص س ز)çıxar.
- Dil ucunun üst üzü ilə üst ön dişlərinin başlarından (ظ ذ ث) çıxar.
- Üst ön dişlərinin başları ilə alt dodağın üzündən (ف) çıxar.
- Dodaq məxrəcidir. Dodaqların sıx qapanmasıyla (ب), xəfif qapanmasıyla (م), qapanmadan bir-birinə yaxınlaşdırılmasıyla (zəmm edilməsilə) (و) çıxar.
- Xəyşüm; yəni gəniz (burun) boşluğudur. Buradan idğam və ixfa olan (ن) çıxar.
[1] Məxaric-i hürüfun sayılmasına boğazın nəhayətindən başlandığı üçün “aşağısı” ifadəsi boğazdan dodaqlara doğru olan istiqaməti gösdərir. Bundan fiziki duruşumuzdaki aşağı-yuxarı ox anlaşılmamalıdır.
[2] Dişlərin cədvəli daha sonra veriləcəkdir.
8 Məxrəc cədvəlindəki birinci məxrəcdən hərfi-mədlər ) ا (و ى çıxar. Yeddinci məxrəcdən çıxan (ى) ilə on altıncı məxrəcdən çıxan (و) 28 hərf silsiləsindəndir. (ن) hərfinin də iki dəfə zikredilməsinə çaşmamaq lazımdır. 28 hərf silsiləsinə daxil olan (ن) 10-cu məxrəcdən çıxar. 17-ci məxrəc isə (ن) un özünün deyil, ğünnə sifətinin məxrəcidir.
Sənan Quliyev & Laçın Quliyev