7. 499 dəfə oxunub ,   0 şərh   Çap et

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Təsəvvüfdə isə, Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir. Bu hiss kimdə varsa həmin insan hörmət sahibi olar. Untama və həya hissi olmayan və ya bunu yaşadığı mühitdə onu itirənlərdə həmin hissi bərpa etmək çox çətindir.

Həyanın iki cürdür:

  1. Fitrətdən (yaradılışdan) gələn həya. Buna “həyayı-nəfsi” də deyilir. İnsana yaradılışdan verilən utanma hissi, onu ayıb sayılan bir çox hərəkəti etməkdən çəkindirir.
  2. İmandan gələn həya. Buna İslamda böyük əhəmiyyət verilir.

Fitri həya imandan gələn həya ilə birləşəndə insandakı hər cür çirkin şeylərin və  günahların qarşısına sədd çəkir. İnsanın fitri və imani həyası olmadıqda çirkin davranışlara qarşı müqaviməti zəifləyir.

İnsanın yaradılışındakı utanma hissini “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”[1], “Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[2] və bənzəri ayələrdə bildirilən iman və ehsan[3] düşüncəsi ilə bəsləməlidir. Yoxsa həqiqi imanı qoruyub-saxlaya bilməz. Utanma hissi və həyanın inkişafı birbaşa imandan asılıdır.

Allah Rəsulu həya haqqında belə buyurmuşdur: “Həya imandandır”[4] və ya “ İman yetmiş şöbədən ibarətdir, həya da imandan bir şöbədir.”[5]

Bu o deməkdir ki, fitri həya mərifət hissləri ilə bəsləndiyi qədər inkişaf edir, maddi-mənəvi həyatın bir hissəsinə çevrilir. Nəfsin bir çox istəklərinə sədd çəkir. Əgər bu duyğu iman və mərifətlə bəslənməyib, ehsan düşüncəsi ilə qidalandırılmasa, insanı insanlıqda uzaqlaşdırar. Bu cür insan hər cür həyasızlığı edə bilər. Allah Rəsulu bir hədisində bunu çox gözəl ifadə etmişdir:“Utanmadıqdan sonra istədiyini et”[6] buyurur.

Həya və həyat sözləri bir-biri ilə əlaqəlidir. Yəni qəlbi həmişə canlı saxlamaq, ona həyat vermək üçün iman və mərifətlə bəslənmək lazımdır. Bəli, həyat və həya hərəsi öz dəyərləri ilə varlığını davam etdirə bilər. Əks təqdirdə hər ikisi üçün xaos başlayar.

Cüneyd əl-Bağdadiyə görə, həya Uca Allahın lütf etdiyi maddi-mənəvi nemətlərini dərk etmək, həmçinin qüsurlara görə narahat olmaqdır.[7]

Zünnuna görə, mənfi davranışları həmişə qəlbən düşünərək onları düzəltməyə çalışmaqdır.[8]

Həyanın bəzi dərəcələri var. Birincisi, insanın özünə Allahın nəzəri ilə baxmasıdır. İnsanın bu düşüncə ilə özünü hesaba çəkməsi həya duyğunusu gücləndirər.  Bu da onun duyğu və düşüncələrinin həmişə canlı qalmasına səbəb olar. İkincisi, Allaha olan yaxınlıq və bərabərlik düşüncəsidir. Bu, “Siz harada olsanız, O sizinlədir.”[9] ayəsini həyatına şüar edənlərə aiddir . Bununla əlaqəli Allah Rəsulunun belə buyurduğu nəql olunur: “Allaha qarşı həyalı olun! Allaha qarşı həyalı olan, başına və başının içindəkilərə, mədəsinə və mədəsindəkilərə fikir versin! Ölümü və çürüyəcəyini də yadından çıxarmasın! Axirəti istəyən, dünyanın fani gözəlliklərinə aldanmaz. Kim belə davranarsa, o Allahdan həya etmiş olar”. [10]

İnsanın insanlıqdan payı həyası nisbətindədir. İnsan hərəkət və davranışlarını axirətə uyğun tənzimləyə bilmirsə, təvazö və ədəblə yaşamırsa, bu, özü üçün utanc, başqaları üçün isə əziyyətdir.

فَلَا وَاللهِ مَا فِي الْعَيْشِ خَيْرٌ      وَلَا الدُّنْيَا إِذَا ذَهَبَ الْحَيَاءُ

“Xeyr, Allaha and içərəm ki, həya sıyrılıb gedərsə, nə həyatda, nə də dünyada xeyir qalar.” [11]

Həya ilahi əxlaqdır və Allahın sirridir. Əgər insanlar onun mahiyyətini və nəlduğunu bilsəydilər daha təmkinli davranardılar. İslam böyüklərindən bununla əlaqəli bir hadisə nəql olunur:

Allah-Təalə məhşərdə hesaba çəkdiyi yaşlı adamdan soruşar:

−  Nə üçün bu günahı işlədin? Həmin şəxs inkar edərək günah işləmədiyini deyər. Allah Təalə:

− Elə isə onu Cənnətə aparın, − buyurar. Bu dəfə mələklər Allaha belə deyərlər:

− Ey Rəbbimiz, bu insanın filan günahları işlədiyini sən daha yaxşı bilirsən! Allah Təalə də mələklərə:

− Bəli, elədir. Amma Məhəmməd ümmətindən olduğunu nəzərə alaraq ağarmış saç-saqqalına baxdım, eyiblərini üzünə vurmaqdan həya etdim, − buyurar.

Nəql olunur ki, Cəbrayıl (ə.s) bu xəbəri Hz. Peyğəmbərə bildirəndə, şəfqət və mərhəmət peyğəmbərinin gözləri doldu. Ağlayaraq belə dedi: “Cənab Allah ümmətimin ağ saqqallılarına əzab etməkdən həya etdiyi halda, ümmətimin ağ saqqallıları günah işləməkdən utanmırlar”.[12]

إِنَّ الْحَيِيَّ مِنْ أَسْمَاءِ الْإِلٰهِ وَقَدْ   جَاءَ التَّخَلُّقُ بِالْأَسْمَاءِ فَاحْظَ بِه

“Hədisdə bildirilir ki, Hayiy (Hayy) Uca Allahın adlarındandır.[13] Sən də bundan nəsibini alanlardan ol.” [14]

[1] Ələq 96/14.
[2] Nisə 4/1.
[3] Ehsan bəndənin Allahı görməsə belə, Rəbbin onu həmişə gördüyünü düşünərək yaşaması, hər anını ibadətlə keçirməsi deməkdir.
[4] Buxari, İman 16, Ədəb 77; Müslüm, İman 59.
[5] Buxari, İman 3; Müslüm, İman 57-58.
[6] Buxari, Ənbiya 54, Ədəb 78; Əbu Davud, Ədəb 6; İbn Macə, Zöhd 17.
[7] Beyhəqi, Şüabul-İman, VI, s.147; Quşeyri, ər-Risalətül-Quşeyriyyə, s. 218.
[8] Beyhəqi, Şüabul-İman, VI, s.147; Quşeyri, ər-Risalətül-Quşeyriyyə, s. 215.
[9] Hədid, 57/14.
[10] Tirmizi, Qiyamə 24; Əhməd ibn Hənbəl, Müsnəd, I, s. 387.
[11] İbn Əbdülbərr, ət-Təmhid,  XX, s. 70; İbn Əsakir, Tarixü Dəməşq, XXXV, s. 34.
[12] Əli əl-Müttəqi, Kənzül-Ümmal, XV, s. 283; bənzər rəvayətlər üçün bax: Əbu Yalə, əl-Müsnəd, V, s. 153; Əbu Nuaym, Hilyətül-övliya, II, s. 387.
[13] Əbu Davud, Vitr 23; Nəsai, Qüsl 7.
[14] əl-Münavi, Feyzul-Qədir, III, s. 427.


Açar sözləri

abır ar həya iffət İsmət namus

Bənzər məqalələr

Yusuf surəsində İffət nümunəsi

Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirdi.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

İsməti

Bütün peyğəmbərlər günahsızdır. Onların həyatında qəsdən yanılmaq və yoldan sapmaqdan söhbət gedə bilməz. Onlar seçilmiş və qüdsi yaradılmış müstəsna insanlardır. Təkcə xeyirli insanlar deyil, xeyirlilər arasında da ən seçilmişlərdir. Və onlar ömürləri boyu bu seçilmişlik və qüdsiyyətə zərrə qədər kölgə salmamışlar.

Zəhmətlə dolanmaq, dilənmədən iffətli yaşamaq

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!

Həya hissi

“De: “Rəbbim aşkar və gizli çirkin əməllər işləməyi, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi haram buyurmuşdur””.


Şərh yaz