2. 166 dəfə oxunub ,   0 şərh   Çap et

Dinimizə görə heyvan və insanın canlı təsvirini çəkmək və heykəlini düzəltmək caiz deyildir. Bununla əlaqədar müxtəlif ayə və hədislər vardır. Məsələn, İbn  Abbas (r.a) rəvayət edir ki, onun yanına bir nəfər gələrək “Mən əlimin qazancı ilə dolanıram. Yəni müəyyən (canlı) surətləri təsvir edirəm (canlandırıram)” – dedi. İbn Abbas (r.a) ona:

–  Rəsulullahdan eşitdiyim sənə deyirəm. Rəsulullah (s.ə.s) “Kim hər hansı canlının surətini təsvir edərsə, Allah həmin surətə can verənə qədər ona əzab verər. Surətə əbədi ruh (can) verə bilmədiyinə görə o əbədi əzaba düçar olar.” – buyurdu. Bunu eşidən rəssamın rəngi qaçdı. İbn Abbas (r.a): Təssüf edirəm! Əgər həmin sənətlə məşğul olmaqdan başqa çarən yoxdursa cansız əşyaların surətini təsvir etməyini tövsiyə edirəm, – deyə cavab verdi. (Buxari, Büyu, 104.)

Buna görə də bu işi sənət halına gətirərək pul qazanan şəxslər canlı təsvirlərin yerinə cansız və abstrakt təsvirlər düzəldə bilərlər.

Dövrümüzdəki İslam alimləri hədiyyə seçərkən və ya evimizə nə isə alanda canlı surətlərin təsviri olmayan fiqurları almaq tövsiyə edirlər. 



Açar sözləri

heykəl şəkil surət

Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?


Şərh yaz