Uca Allahın adlarından biri də Hakimdir. Hakim hikmətlə yaradan, hikmətlə iş görən deməkdir. Bu ad, yaradılan hər şeyin bir hikmətlə yaradıldığını, israf edilməməsini tələb edir. Bundan hərəkətlə heyvanların da yox olub getməyəcəyi, müxtəlif şəkillərdə həyatlarını davam etdirəcəyi qənaətinə gələ bilərik. Necə ki, bir İslam alimi mövzu ilə bağlı bunları deyir:Səhih hədislərdən anlayırıq ki, heyvanların ruhları əbədi qalacaq. Həzrət Süleymanın (ə.s) Şanapipik quşu və qarışqası, həzrət Salehin (ə.s) dəvəsi və Əshabi-Kəhfin iti kimi bəzi heyvanların isə həm cəsədləri, həm də ruhları ilə əbədi qalacaqdır.[1]
[1]Bəğavi, Məalimut-tənzil, III, 154; Əbu-Suud, Təfsiri Əbis-Suud V, 212. Şüalar, s. 66.