34. 542 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: Hicablı xanımlar kimlərin yanında başı açıq dolaşa bilər? Məsələn ərinin qardaşı, yəni qaynı olan yerdə başı açıq dolaşa bilərmi?
Bu haqda Quranı Kərimdə belə buyurulur:

 “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Nur surəsi 24/34;  həmçinin baxın Əhzab surəsi, 33/55)

Zinət yerlərindən məqsəd, adı üstündə qadınların zinət əşyaları taxdıqları boyun, qulaq, saç, dirsəyə qədər qolları və ayaqların dizdən aşağı olan hissəsidir. Hicablı qadının naməhrəm kişilərin yanında olduqda açıq qala biləcək yerləri: əl, üz və topuqdan aşağı ayaqlardır.
   Qadının örtüsüz olaraq yanlarına çıxa biləcəyi kimsələr aşağıdakılardır.
a) Əri: Qadın, ərinin yanında istədiyi kimi geyinə bilər. Həyat yoldaşları arasında örtünmədə məhdudiyyət yoxdur. Qadın ərinə gözəl görünmək üçün bəzənib-düzənə, ətir sürə bilər.
b) Ata
c) Qayınata, qayınatanın atası da daxildir.
d) Öz oğlu. Oğlunun nəvələri də buna daxildir..
e) Ərinin digər xanımdan olan oğlu.
f) Öz qardaşı.
g) Qardaşı oğlu və qardaşı oğlunun nəvələri.
h) Bacısı oğlu və bacısı nəvələri.
i) Müsəlman qadın. Mömin bir qadın digər mömin xanımların yanında diz qapağı ilə göbək arası qapalı olaraq görünə bilər. Ancaq fitnəyə səbəb olacaqsa ancaq zinət yerlərini göstərər.
j) Kölə və kəniz
k) Yaşlılıq, xəstəlikdən kimi səbəblərdən kişilik duyğuları qalmamış xidmətçilər: sürücü, bağban, aşpaz və s.
l) qadınların məhrəm yerlərini hələ anlamayan uşaq. Qadınların yanında olduqlarında onların geyim, hərəkət, danışıqlarından təsirlənməyəcək uşaqlar məhrəm sayılır. Ancaq yeniyetməlik dövrünə yaxınlaşmış uşaqlar naməhrəm sayılır.

    Evlənilməsi mütləq olaraq haram olan xanımlar
“Atalarınızın xanımları…Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nisa, 4/22-23)
Hicablı qadınlar bu ayəyə əsasən baba, əmi, dayı, süd atası, süd qardaşı kimi mütləq evlənilməsi haram olan şəxslərin yanına da zinət yerləri açıq şəkildə çıxa bilərlər. Ancaq fitnəyə səbəb olacaqsa hicablı olması gərəkir.
Bir qadına həyat yoldaşının qardaşı, yəni qaynı, kürəkəni, baldızının həyat yoldaşı, dayı, xala, bibi və əmi oğlu naməhrəmdir. Onların yanında hicabsız dolaşa bilməz. Təkbaşına onlardan biri ilə eyni evdə qala bilməz. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Qadınların yanına girmədən uzaq olun.” “Ey Allahın Rəsulu! Həyat yoldaşının qardaşı, qayın üçün nə buyrursunuz?”˗ deyə soruşuldu. “Qayın ölümdür.”˗ deyə  Allah Rəsulu (s.ə.s) cavab verdi. (Tirmizi, Rada, 16; Əhməd ibn Hənbəl, IV, 149, 153.)
Nəticə etibarı ilə deyə bilərik ki, yuxarıda qeyd etdiklərimiz dinimizin cizgiləridir. Hicablı qadın naməhrəm şəxslərin yanında hal və hərəkətlərinə, danışıq və geyiminə diqqət etməlidir.




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


1 şərh yazılıb
  1. meneviyyat.az , 03/07/2015 tarixində, saat 14:07

    “Qayın ölümdür” – hədisinin izahı
    Hədis belədir: Rəsulullah (s.ə.s) bir dəfə belə buyurdu, “Qadınların yanına getməkdən çəkinin”. Orda olan bir şəxs, “Qadının ərinin qohumları (qardaş, əmi, əmi oğlu) da mı?” – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s), “Yaxınları ölümdür”, – buyurdu. Tirmizi, Rada, 16; Əhməd ibn. Hənbəl, IV, 149, 153).
    Yaxını deyə tərcümə elədiyimiz “xavm” kəlməsi, kişinin ata, oğul, qardaş, əmi, əmi oğlu, bacı oğlu kimi qohumların hamısına şamildir. Buna görə də sadəcə qayın deyə tərcümə etmək tam mənanı ifadə etmir.

    Kişinin qardaşı onun həyat yoldaşı üçün naməhrəm sayılır. Bu səbəbdən qadın qayınının yanında əl və üz xaricində başqa üzvlərini açmamalı, onunla təkbaşına eyni otaqda qalmamalıdır. Bu hədisin şərhində İmam Nəvəvi belə deyir: “bir şəxsin adət-ənənəyə görə qardaşının həyat yoldaşı ilə təkbaşına qalması ölümdür. Hətta ölümdən daha betərdir. Çünki söz-söhbətin çıxmasına səbəb olar. Hədisin doğru mənası da elə budur.”
    Ərəblər xoş qarşılanmayan bir şeyi ölümə bənzədirdilər. Məsələn, “aslan ölümdür” deyərlər. Yəni bu o deməkdir ki, “aslana yaxınlaşma səni öldürə bilər”. Buna görə də hədisin mənası belədir: “Qadın ərinin kişi qohumlarıyla təkbaşına qalmaqdan ölümdən qaçdığı kimi uzaq dursun”.
    Qazı İyaz hədisin mənası haqqında belə demişdir: “Yaxınlarla xəlvət bir yerdə qalmaq dində fitnə və həlaka səbəb olar. Buna görə də Rəsulullah onu, ölümə bənzədərək hədisdə həmin ifadəni işlətmişdir.”
    Bu səbəbdən də tədbirli və ehtiyatlı olmalı, İslamın bu mövzuda bizə tövsiyə elədiyi sərhədləri aşmamağa çalışmalıyıq. Ailənin sağlamlığının qorunması nöqteyi-nəzərindən də bu xüsus çox önəmlidir.

Şərh yaz