8. 876 dəfə oxunub ,   0 şərh   Çap et

اَللَّهُ اَكْبَرُ، اَلْحَمْدُ لِلَّهِ وَلَا حَوْلَ وَلَا قُوَّةَ  اِلَّا بِاللهِ ۞ اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ خَيْرَ هَذَا الشَّهْرِ وَاَعُوذُ بِكَ مِنْ سُوءِ الْمَهْشَرِ۞ اَللهُ اَكْبَرُ، اَللَّهُمَّ اَهِّلَهُ عَلَيْنَا بِالْيُمْنِ وَ الْإِيمَانِ وَالسَّلَامَةِ وَالْإسْلَامِ وَالتَّوْفِيقِ لِمَا تُحِبُّ وَ تَرْضَى، رَبِّي وَ رَبُّكَ اللهُ هِلَالَ خَيْرٍ وَرُشْدٍ (3) ۞ اَللَّهُمَّ اِنِّي اَسْأَلُكَ مِنْ خَيْرِ هَذَا الشَّهْرِ وَخَيْرِ الْقَدَرِ وَاَعُوذُ بِكَ مِنْ شَرِّهِ3

1.Allah böyükdür, həmd ona məxsusdur. Havl və qüvvət Allah ilədir.

2.Allahım, bu ayın xeyrli olmasını Səndən istəyir, məhşərdə pis vəziyyətə düşməkdən Sənə sığınıram.

3.Allah böyükdür. Allahım, bu ayı haqqımızda bərəkətli eylə! Bu ayda bizi İman, salamatçılıq və İslam üzrə tut və sevib razı olacağın işlər görməyə müvəffəq eylə.(Ey) xeyir və rüşd hilalı, mənim də sənin də Rəbbimiz Allahdır. (3 dəfə)

4.Allahım, Səndən bu ayın və haqqımdakı təqdirinin xeyirli olmasını niyaz edir və onun şərindən Sənə sığınıram. (3 dəfə)

( bax: Tirmizi, Daavat, 52; Əbu Davud,Ədəb, 111)

Yeni çıxan ayı görüncə yuxarıdakı duanı oxumaq Allah Rəsulunun sünnəsidir. Oxuya bilməyən tərcüməsini oxuya bilər.




Bənzər məqalələr

Hilalı görəndə oxunan dua

Allahım! Bu hilalı bizə əmin-amanlıq, iman, salamatlıq və İslam hilalı elə.


Şərh yaz