91. 335 dəfə oxunub ,   0 şərh   Çap et

“Kumeyl” duası Hz. Əlinin (r.a) tərəfdarlarından Kumeyl ibn Ziyad tərəfindən nəql olunmuşdur. Bu dua günahların bağışlanması, ruzinin çoxalması və düşmənlərin zərərindən qorunmaq məqsədi ilə oxunur.

Bismilləhirrahmənirrahim

Allahım! Sənin hər şeyi əhatə edən rəhmətin hörmətinə, hər şeyə üstün gələn, hər şeyi baş əydirən və ram edən qüdrətin hörmətinə, hər şeyə qalib gələn əzəmətin hörmətinə Sənə yalvarıram.

Hər şeydən üstün olan böyüklüyünə və səltənətinə, hər şeyi əhatə edənəzəmətinə, fanilikdən xali olanbaqi vəchinə, hər şeyin əsasını təşkil edən isimlərinə, hər şeyi ehtiva edən elminə və hər şeyi nurlandıran camalına sığınaraq Səndən niyaz edirəm!

Ey Nur! Ey Qüddüs! Ey ilklərin İlki və ey sonuncuların Sonuncusu Allahım! Günahlarımı bağışla! O günahlar ki, ismət pərdəmi yırtıb məni qarşında xəcil elədi.

Allahım! Bədbəxtliklərə yol açan günahlarımı bağışla!

Allahım! Şükrümü azaldan günahlarımı bağışla!

Allahım! Duamın qəbuluna mane olan günahlarımı bağışla!

Allahım! Bəlaları çəkib gətirən günahlarımı bağışla!

Allahım! Bütün günahlarımı və xətaları məhvinlə çuğla!

Allahım! Sənin zikrinlə Sənə yaxınlaşmaq istəyirəm! Səndən mədəd diləyirəm! Məni mərhəmətinlə Özünə yaxınlaşdır! Layiqincə şükür edən bəndələrində eylə! Dilimi, qəlbimi zikrinlə titrət!

Allahım! Qarşında boynumu bükərək, gözlərimi yerə dikərək, acizliyimi etiraf edərək Sənə yalvarıram! Xətalarımı əfvinlə ört, mənə rəhm et! Məni verdiyin nemətlərə razı və qane eylə! Hər zaman, hər yerdə təvazökar bəndələrindən eylə!

Allahım! Dara düşmüş möhtac bir bəndən kimi qapına üz tutur, min bir ümidlə dərgahına sığınaraq yalvarıram!

Allahım! Sənin səltənətin əzəmətlidir, məkanın ucadır, qədərin gizlidir və fərmanın aşkardır! Sənin qəhrin hər şeyə qadir, qüdrətin hər şeyə hakimdir. Hökmündən də qaçmaq mümkün deyil.

Allahım! Günahlarımı bağışlamaq, qəbahətlərimin üstünü örtmək, pis əməllərimi yaxşı əməllərlə əvəzləmək yalnız Sənin əlindədir. Səndən başqa ilah yoxdur! Sən bütün nöqsanlardan uzaqsan! Sənə həmd edirəm! Mən özümə zülm etdim. Məni heç vaxt kömksiz qoymadığını, lütf və ehsanını da kəsmədiyini düşünüb qəflətə düşdüm. Sənin əmrlərini pozub günah işlədim.

Allahım! Mövlam! İndiyə kimi neçə-neçəçirkin əməllərimin üstünü örtdün, neçə-neçəbəlaları sovuşdurdun, məni neçə-neçə xətalardan qorudun. Xoşagəlməz şeyləri məndən uzaqlaşdırdın. Layiq olmasam da, məni insanlara sevdirdin.

Allahım! Bəlalarım böyüyüb, pis əməllərim həddi aşıb. Əməllərim məni üzüqara qoyub, istək zəncirləri dəmir kündə olub ayaqlarıma dolanıb.Bitib-tükənməyən arzularımməni əsl qayəmdən uzaqlaşdırıb. Dünya boş şeylərlə, nəfsim də cinayət və xəyanətlə məni aldadıb.

İzzətinə sığınaraq Sənə yalvarıram! Pis əməllərim duamın qəbuluna mane olmasın. Bütün gizli sirlərim Sənə əyandır. Onları açaraq məni rüsvay etmə! Xəlvətdə işlədiyim pis əməllərə, həddi aşmağıma, cahilliyimə, azğın şəhvətimə görə məni cəzalandırmağa tələsmə!

Allahım! İzzətin hörmətinə bütün işlərimdə mənə mərhəmət et!

Ey Məbudum, Ey Rəbbim! Günahlarımın bağışlanması üçün Səndən başqa kimə üz tutum?!

Ey Məbudum, Ey Mövlam! Sən mənə nemətlər bəxş etdin.Mən isə nankorluq edib nəfsimin əsiri oldum. Düşmənimin günahlarımı bəzəyib-düzəyib aləmə car çəkməsindən də qorxmadım. Beləcə, məni istədiyi kimi aldatdı. Başıma gələnlərə səbir etməyib həddimi aşdım və bəzi əmrlərinə əməl etmədim. Halbuki nə olur-olsun Sənə həmd etmək mənim vəzifəmdir. Sənin qədərinlə başıma gələnlərə heç bir bəhanə gətirə bilmərəm.

Sənəəl açıram, Ey Rəbbim! Bilmədən işlədiyim günahlara görə üzrxahlıq edir və peşman halda Səndən əfv diləyirəm. Mərhəmətinə ümid bağlayır vəbir daha tövbə edib Sənin qapına yönəlirəm. Budur Sənin hüzurundayam, günahlarımı boynuma alır, xətalarımı qəbul və etiraf edirəm. İşlədiyim günahlardan heç yerə qaça bilmərəm. Dara düşəndə Səndən başqa pənahgahım yoxdur.Üzrxahlığımı qəbul eylə! Tək ümidim Sənin sonsuz mərhəmətinədir.

Allahım! Nolar,üzrxahlığımı qəbul eylə! Düşdüyüm çətin vəziyyətdə dadıma çat! Məni günahlarımın dolaşıq düyünlərindən qurtar!

Rəbbim! Zəiflik və acizliyimə görə, mənə yazığın gəlsin! Ey məni yoxdan yaradan, unutmayan, hidayətə çatdıran, yaxşılıq edib ruzimi verən! Kərəm və comərdliyinlə indiyə qədər lütf etdiyin yaxşılıqlar xətrinə məni əfv eylə!

İlahi! Ey Rəbbim! Sənin bir və tək olduğuna inanıram. Varlığına inamım qəlbimi cuşa gətirib. Dilim zikrinlə məşğuldur. Qəlbim məhəbbətinlə doludur. Rübubiyyət məqamına sədaqətləboyun əyərək günahlarımı etiraf edir, dua edib Sənə yalvarıram. Görəsən, bu cür bağışlanma dilədikdən sonra cəhənnəmdə əzab çəkəcəyəm? Bu, Sənin məqamına yaraşmaz. Çünki Sən hidayət verdiyin bir insanı zəlalətə düşürməkdən, özünə yaxınlaşdırdığını özündən uzaqlaşdırmaqdan, qapına pənah gətirəni əliboş qaytarmaqdan, hifz və rəhm etdiyin bir bəndəni bəlaya düçar etməkdən uzaqsan!

Ey Məbudum, Ey Mövlam! Bilirəm, Sən əzəmətinəsəcdə edən üzləri, Sənin vəhdaniyyətinə şahidlik edən, Səni mədh və şükür edən dilləri, Səndən qorxan ürəkləri, Səndən bağışlanma diləyənləri və Sənə ibadət etməyə can atanları əzaba düçar etməzsən, cəhənnəm odunda yandırmazsan! Axirət günü məni gümanımda yanıltma, nə olar Ey Rəbbim!

Ey kərəm sahibi Rəbbim! Bilirsən ki, dünyanın bəla-müsibətlərinəvə çətinliklərinə tabım yoxdur! Halbuki dünyadakı bəla və məşəqqətlərin ömrü az, iztirabı isə dözülməz deyildir. Bəs mən axirətin bəlalarına və onun böyük əzablarına necə dözəcəm? Onlar elə bəlalardır ki, uzun müddət davam edir və get-gedə də çətinləşir. Axirət əzabı Sənin qəzəb və xoşnudsuzluğunun nəticəsidir. Bu elə bir əzabdır ki, ona nə göylərtab gətirər, nə də yer.

Ey Mövlam! Mən nə edim? Axı mən Sənin zəif, aciz, günahkar, möhtac və müti bəndənəm.

Ey mənim Allahım, Rəbbim, Mövlam! Hansı günahıma görə ağlayım-sızlayım, hansından Sənə pənah aparım? Düçar olduğum bəlanın əzab və şiddətindən, yoxsa  uzun sürməsindən? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlindən saysan, dostlarından və vəlilərindən ayırsan, aqibətim necə olar?

Ey Allahım! Ey Rəbbim! Deyək ki, Cəhənnəm odunun dəhşətinə dözdüm. Bəs Səndən ayrılığa necə tab gətirim?! Kərəminə ümid kəsib Cəhənnəm alovunda necə yaşayaram?! Əfvinə ümid bəslədiyim halda Cəhənnəmdə necə qərar tutaram?!

Ey Mövlam! İzzətinə sığınaraq Sənə and içirəm ki, əgər orada mənə danışmağa izin versən, həmişə dərgahına üz tutub yalvaracam. Cəhənnəm əzabından qurtaracağına ümid edəcəm. Bir dərdə mübtəla olub fəryad qoparanlar, dəyərli bir şeyini itirib aləmə car çəkənlər kimi Sənə üz tutaraq ağlayıb-sızlayacaq və əllərimi açıb Sənə səslənəcəyəm:

“Ey iman gətirənlərin dostu, ey ariflərin sonsuz arzusu! Ey çarəsizlərin fəryadına çatan! Ey sadiq qəlblərin dostu! Mənə kömək ol! Haradasan?!

Ey aləmlərin Rəbbi olan Allahım! Səni təsbeh edir, Sənə həmd edirəm! Asiliyinə görə cəhənnəmə atılan, günahlarına görə oradakı əzabı dadan və cəhənnəmin təbəqələri arasında qalan müsəlman bəndənin səsini eşidib əfv etməmək Sənin şanına yaraşmaz. Halbuki bu günahkar bəndən rəhmətinə ümid bəsləyərək Sənə yalvarır və tövhid əhlinin dili ilə Sənə niyaz edir. Rububiyyət məqamını vəsilə edərək Sənə əl açır.

Ey Mövlam! Bu bəndən həmişə Sənin rəhmətinə ümid bağlayıb. İndi bu əzaba necə dözsün?! Sənin fəzl-kərəmini umduğu halda cəhənnəm odu onu yandıra bilər? Sən onun səsini eşitdiyin, yerini görüb-bildiyin halda, cəhənnəm alovu onu necə yandırsın? Axı onun acizliyini, sədaqət və doğruluğunu bilən yalnız Sənsən. Sən onun cəhənnəmin təbəqələri arasında qalmasını rəva bilməzsən. “Kömək ol, ey Rəbbim!” deyib fəryad-fəğanla səslənən bəndənə, əzab mələkləri ilə iztirab çəkdirməzsən. Cəhənnəmdən qurtulmaq üçün Sənin fəzl-kərəmini diləyən bəndəni orada köməksiz qoymazsan.

Allahım! Sübhansan! Bu sadaladıqlarımdan münəzzəhsən! Sən tövhid əhli ilə belə rəftar etməzsən. Onları lütf və kərəmindən məhrum qoymazsan.

Əminəm ki, inkar edənləri və düşmənlərini əbədi əzaba düçar etməyə söz verməsəydin, cəhənnəm odunu söndürərdin. Oranı sərinliyə çevirərdin ki, heç kəs cəhənnəmə düşməsin. Sənin vədin haqdır. Cəhənnəmi dinsiz insan və cinlərlə doldurmağa və düşmənlərinin ora birdəfəlik göndərməyə söz vermisən.

Ey uca Rəbbim! Həmişə nemət vermisən! Lütf və kərəmini əsirgəməmisən. Ta əvvəldən bəri bunu bəyan etmisən:Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!”

Pərvərdigara! Sonsuz qüdrətinə, qədərinə, üstün hökmünə sığınaraq Sənə yalvarıram! Etdiyim bütün pis əməlləri və günahları, yol verdiyim bütün xətaları, gizli-aşkar cahilliyimi, mələklərin yazdığı bütün günah əməllərimi, nolar, elə bu gecə, bu saat bağışla!

Bütün əməllərimə bədən üzvlərim və hər şeyi yazan mələklərin şahiddir. Sən də onlara şahidsən. Sən ən gizli xətalarımı belə bilirsən. Ancaq rəhmətinlə günahlarımı gizlətdin və fəzlinlə üzərini örtdün. Sənə yalvarıram! Endirdiyin xeyirdən, göndərdiyin lütflərdən, verdiyin ruzidən, bağışladığın günahlardan payıma düşəni artır! Ya Rəbbi! Ya Rəbbi! Ya Rəbbi!

Ey Allahım! Ey ixtiyar sahibim! Ey çarəsizliyimi bilən Mövlam! Ey acizliyimdən hali olan Rəbbim!

Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! Əsmaul-Hüsna və sifətlərin hörmətinə, dilimi gecə-gündüz zikrinlə məşğul eylə! Sənə ibadətlərimi daimi, əməllərimi məqbul eylə! Elə et ki, bütün əməllərim, zikir və ibadətim yalnız Sənin rizan üçün olsun.

Ey Rəbbim! Ey arxa-dayağım, ey halımı ərz etdiyim Xaliqim! Bədən üzvlərimə qüvvət ver ki, Sənə daha şövqlə ibadət etsin. Qəlbimə güc ver ki, Sənə yönəlsin. Səndən qorxmaqda və ibadət etməkdə mənə ciddiyyət və qətiyyət nəsib et. Nəsib et ki, yarış meydanında hamıdan tez Sənə çatım. Sənin yolunda mübarizə aparanlardan olum. Sənə qovuşmağa tələsim! Sənə müştaq könüllərdən olum! Ancaq Sənə könül verim! Müxlis bəndələrin kimi həmişə Sənə yaxın olum! Səndən yəqin əhli kimi qorxum! Dərgahında mömin bəndələrinlə bir olum.

Allahım! Mənə pislik etmək istəyənlərin öhdəsindən gəl! Əleyhimə plan qurub tələyə salmaq istəyənləri tələyə sal!

Ey Rəbbim! Məni dərgahından ən yaxşı mükafat alan, Sənə ən yaxın məqama sahib və Sənə xüsusi yaxınlığı olan bəndələrindən eylə. Həqiqətən, Sənin fəzlin olmadan bunlara çatmaq mümkün deyil. Comərdliyin hörmətinə mənə comərd davran və Ucalığın xatirinə mənə təvəccöh eylə! Məni rəhmətinlə qoru. Dilimi zikrinə aşina, qəlbimi məhəbbətinə əsir eylə!

Allahım! Dualarıma ən gözəl şəkildə cavab verərək məni razı eylə! Günahlarımdan keç, xətalarımı bağışla!

Ey Rəbbim! Bəndələrinə ibadəti əmr edən Sənsən! Bəndənin dua etməsini istəyən, qəbul etməyə də söz verən yenə Sənsən. Ey Rəbbim! Sənə üz tutur və Sənə əl açıram. İzzət və kərəminlə duamı qəbul eylə və məni arzularıma çatdır. Fəzl və kərəmindən ümidsiz eyləmə.

Allahım! Məni insan və cinlərdən olan düşmənlərin şərindən qoru. Ey duaları cavabsız qoymayan Allahım! Duadan başqa əlində heç nəyi olmayan bu naçar bəndəni bağışla! Axı Sən istədiyini edənsən.

Ey adını anmaq dərman, zikri şəfa, itaətində durmaq da zənginlik olan Allahım! Ümid və göz yaşlarından başqa heç nəyi olmayan bu bəndənə rəhm eylə!

Ey nemətləri tamamlayan! Ey çətinlikləri dəf edən! Ey zülmətdə dəhşətə düşən ürəklərin nuru! Ey öyrənmədən bilən! Peyğəmbərlər sərvəri Muhammədə, Onun pak Əhli-beytinə və əshabına mərhəmət eylə. Mənimlə də şanına layiq şəkildə rəftar eylə. Allahın salətı-salamı Peyğəmbərinə və onun soyundan gələnlərə olsun.

Vəlhəmdu lilləhi Rabbil-aləmin

Ərəbcə mətni buradan yükləyə bilərsiniz Kumeyl Duası 



Açar sözləri

dua hz. əli Kumeyl duası

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz