4. 393 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Buxari və Müslümdə verilən bir Hədisi-Şərifə görə,Həzrəti Musa Əleyhissalam ölüm mələyinin gözünü yumruqla vurmuş və çıxartmışdır. Bu mümkündürmu? Əgər belə bir şey olubsa, indi Əzrayıl Əleyhissalamın bir gözu yoxdurmu?

Mələklərin vəziyyətləri insan kimi bir surətə bağlı deyildir; tək ikən çox surətlərdə ola bilirlər. Bundan əlavə Əzrayıl Əleyhissalam ruhları almaq vəzifələrini yerinə yetirən mələklərin rəisidir. Bütün ölənlərin ruhunu Əzrayıl Əleyhissalamınmı, yoxsa ona tabe olan digər vəzifəli mələklərinmi aldığı mövzusunda üç mülahizə var. Hər üçünə görə də bu məsələni dəyərləndirək.

1. Hər kəsin ruhunu Əzrayıl Əleyhissalam alır. Bir iş digərinə mane olmaz, çünki nuranidir. Bu anlayışa görə, Əzrayıl Əleyhissalam, Musa Əleyhissalamın ruhunu alarkən (qəbz edərkən) onun ruh aynasında görünən, əks edən cüzi misalın, Həzrəti Musa Əleyhissalam kimi ali, cəlallı və hiddətli bir zatın silləsinə məruz qalması, Əzrayılın timsalı surətindəki gözünü çıxartması nə imkan xaricindədir, nə fövqəladədir, nə də ağlasığmazdır. Çünki Əzrayılın əsli və zatı ilə əlaqəli deyil, güzgüyə əks etmiş surət və şəkil kimi ruh güzgüsünə əks edən surəti ilə əlaqəli bir işdir. Məsələn, bizim şəklimiz güzgüyə əks etsə və bir nəfər də o şəklin güzünə bir yumruq vursa,bizim əsl gözümüzə heç bir şey olmaz.

2. Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl kimi böyük mələklər, ümumi rəislər hökmündədirlər. Onların növlərindən,özlərinə oxşar kiçik tərzdə işçiləri, köməkçiləri vardır. O köməkçilər varlıqların növlərinə görə ayrı ayrıdırlar.

Məsələn, saleh və yaxşı insanların ruhlarını alan ölüm mələkləri başqadır, üsyankar və pis insanların ruhlarını alan ölüm mələkləri yenə başqadır. Necə ki, “ən-Naziat” surəsinin başındakı ayələrdə “And olsun (kafirlərin canını) zorla alanlara; And olsun (möminlərin canını) rahatlıqla alanlara!” ifadəsi ilə ölüm mələklərinin tayfa-tayfa olduğuna, yəni birinci ayədəkilərin kafirlərin ruhunu alan mələklər, ikinci ayədəkilərin möminlərin ruhunu alan mələklər olduğuna işarə vardır. Bu fikrə görə, Həzrəti Musa Əleyhissalamın, Həzrəti Əzrayıl Əleyhissalama deyil, bəlkə onun bir işçisinin, tələbəsinin misali bədəninə (əksinə, timsalına) şillə vurması məntiqi cəhətdən mümkündür. Peyğəmbərlik vəzifəsi ilə həm xidmətlərinin, həm də həyatının davamı üçün bir hikmətə görə belə davrana bilər.

3. Əfəndimiz (s.ə.s.) bir hədisində belə buyurur: “Bəzi mələklər var ki,qırx və ya qırx min başı var. Hər başlarında qırx min ağızları var,hər ağızda qırx min dillə, qırx min təsbihat

edirlər.” Bu Hədisi-Şərifin mənası mələklərin ibadətləri həm çox müntəzəmdir, mükəmməldir, həm də ibadətləri çox geniş və küllidir, əhatəlidir. Bu hədisin surətinə gəlincə, madam ki, mələklər şüursuz məxluqatın təmsilçiləridirlər, elə isə təmsil etdikləri şeylər də həm çoxdur, həm çox böyükdürlər, həm də çox təfərrüatlıdır. Məsələn, səmada vəzifəli mələk həm çox böyük olmalıdır, həm də minlərlə başı olmalıdır ki, səmadakı günəşlərlə ulduzları təmsil edə bilsin. Məsələn, bir badam ağacında qırx dənə dil hökmündə kiçik-kiçik budaqlar, hər bir kiçik budaqda qırx dənə çiçək, hər çiçəkdə qırx dənə müntəzəm ləçəklər, rənglər və sənət nümunələri vardır. Əlbəttə, bu ağacın təmsilçisi olan mələk də bu ağacın vəziyyətinə uyğun olacaqdır. Bu fikrə görə də, hər kəsin ruhunu almaqla vəzifəli olan Əzrayıl Əleyhissalamın hər kəsə yönəlmiş bir üzü və baxan bir gözü vardır. Necə ki, elektrik stansiyasının bütün şəhərlə əlaqəsi var: bəzi düymələrə toxunmaqla bəzi evlərin işığını söndürə biləcəyimiz kimi, bir anda bütün şəhərin işıqlarını da söndürə bilərik. Əgər hər bir lampa bilavasitə ona bağlı olsaydı, bir-bir istədiyimiz hər lampanı da söndürə bilərdik. Bunun kimi Əzrayılın hər kəslə əlaqəsi vardır. Ölüm anında insan “elektrik dövrəsinə qoşulub” Əzrayılla əlaqədə olur. Məsələn, cib telefonları bir dalğa uzunluğunda deyil, müxtəlif dalğa uzunluğundakı dalğalarla məlumat ötürə biləcək şəkildə inkişaf etdirilə bilsə, bir düyməsinə toxunanda min cur məlumat ötürə və özü ilə kontakt (əlaqə) quran bütün cihazların hamısını dayandıra bilər. Çünki artıq fəaliyyəti dayandırılacaq cihazlar onunla əlaqədədirlər, eyni dalğa uzunluğundadırlar.

Eyni ilə buna oxşar şəkildə Əzrayılın (ə.s.) ölüm dalğa uzunluğuna girmiş hər kəsin düyməsinə,həmçinin Musa Əleyhissalama da yönəlmiş bir üzü, baxan bir gözü vardır. Musa Əleyhissalamın Həzrəti Əzrayıla (ə.s.) şillə vurması, Əzrayılın (ə.s.) əsl mahiyyətinə, həqiqi şəklinə deyildir, həm də təhqir etmək, vəzifəsini qəbul etməmək üçün deyildir. Əksinə, Musa Əleyhissalam peyğəmbərlik vəzifəsinin hələ davam etməsini arzu etdiyi üçün, onun əcəlini gətirən və ibadətinə səd çəkmək istəyən bir gözə şillə vurmuşdur. Əsl və həqiqi mahiyyətinə bir zərəri olmadığı üçün vura bilər, çünki sadəcə misali (onu təmsil edən) bir surətdir. Həm də “ulul-azm” (boyuk, ali beş Peyğəmbər üçün işlədilən ad) bir peyğəmbər olduğu üçün Cənabi-Haqq ona icazə vermişdir.




Bənzər məqalələr

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Quran axirəti necə isbat edir?

Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.

Ölüm qorxusu

Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?

Əzrailin surəti hamıya eyni görünür?

Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.


Şərh yaz